Nate qasırğası ABŞ-da Louisiana və Mississippi ştatlarına çatıb

People fill sandbags as they prepare for Hurricane Nate in New Orleans, 7 October 2017 Fotonun müəllifi Getty Images
Image caption New Orleans sakinləri Nate qasırğasının gəlişinə hazırlıq görür - kisələri qumla doldururlar.

Nate qasırğası güclü külək və leysan yağış gətirməklə yanaşı fırtınalı hava şəraitinin Meksika Körfəzinin ABŞ-a aid olan sahilyanı ərazisinə də yayılacağı təhlükəsini yaradıb.

Qasırğa, özü ilə maksimal sürəti 137km/saat olan küləklər gətirib.

Qasırğa şənbə gününün axşamı Louisiana-da Mississippi çayının mənsəb hissəsinə çatıb.

Şimala doğru hərəkət edən qasırğa sonradan Mississippi-də Biloxi məntəqəsində qeydə alınıb.

Bundan əvvəl, dəniz suyu səviyyəsinin sürətlə qalxacağı təhlükəsi fonunda, Louisiana, Mississippi, Alabama və Florida ştatının bəzi ərazilərində xəbərdarlıq və evakuasiya göstərişləri verilmişdir.

Fotonun müəllifi Reuters
Image caption Kosta-Rika da Nate qasırğasına məruz qalıb

Nikaraqua, Kosta-Rika və Hondurasda Nate qasırğası azı 25 nəfərin ölümünə səbəb olub.

Tropik fırtına Saffir-Simpson şkalası ilə 1-ci kateqoriyalı qasırğa səviyyəsinədək güclənib.

Ötən ayın Maria və Irma qasırğaları qədər güclü olmasa da, rəsmilər xəbərdarlıq edib ki, sürətlə hərəkət edən Nate qasırğası bəzi aşağı səviyyədə yerləşən ərazilərdə daşqınlara səbəb ola bilər.

Qasırğa Mississippi-də Biloxi, Billy Hewes ərazisinə çatdıqdan sonra, yaxınlıqda yerləşən Gulfport şəhərinin meri BBC-ə bildirib ki, qasırğa gözlənildiyi qədər güclü olmayıb və o, qasırğa nəticəsində dəyən zərərin "minimal" olacağını zənn edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş