Barselonada, Kataloniyanın İspaniyadan ayrılması əleyhinə mitinq keçirilib

митинг в барселоне Fotonun müəllifi AFP

Kataloniyada referendumundan sonra, muxtariyyət liderlərinin müstəqillik elan etmək niyyətinə etiraz bildirmək üçün, Barselonada bazar günü on minlərlə insan şəhər mərkəzinə toplaşıb.

Həmin referendumda iştirak etmiş seçicilərin 90 faizi Kataloniyanın İspaniyadan ayrılmasına səs verib.

Şənbə günü İspaniya paytaxtı Madriddə və digər şəhərlərdə ölkənin birliyinin müdafiəsi məqsədilə aksiyalar keçirilib.

Barselonadakı mitinqin təşkilatçıları bazar günü keçirilən aksiyanı, referenduma qarşı olan "susmuş çoxluğun" nümayişi kimi təsvir edib.

Image caption Mitinq iştirakçıları əllərində İspaniya, Kataloniya və Avropa İttifaqı bayraqlarını dalğalandırıb.

On minlərlə adamın iştirak etdiyi mitinqə qoşulanların əllərində İspaniya milli bayraqları dalğalanıb.

Oktyabrın 1-də Kataloniyada keçirilmiş müstəqillik referendumunda bu regiondan olan seçicilərin 43 faizi və ya 2.3 milyonu iştirak edib.

Səsvermədə iştirak edənlərin 90 faizi Kataloniyanın İspaniyadan ayrılmasına səs verib.

Bu bölgənin İspaniyadan ayrılmasını istəməyənlər isə referendumu boykot edib.

Image caption Mitinq iştirakçılarından bəziləri futbol üzrə İspaniya millisinin formasını geyərək mitinqə gəlib.

Yaranmış vəziyyət Kataloniya parlamentində çərşənbə axşamı müzakirə olunmalıdır.

Bəzilərinin güman etdiyinə görə, Kataloniya parlamenti həmin müzakirələrin yekununda muxtariyyətin müstəqilliyini elan edəcək.

Bu arada İspaniya Baş naziri Mariano Rajoy, Kataloniyanın İspaniyadan ayrılmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bəyan edib.

O xəbərdarlıq edib ki, Kataloniyanın müstəqillik barədə istənilən bəyanatının heç bir əhəmiyyəti olmayacaq,

El Pais nəşri müxbirinin, muxtariyyəti məhdudlaşdıran Konstitusiyanın 155-ci maddəsinin tətbiq olunması ehtimalı ilə bağlı sualına cavab verən Baş nazir Rajoy vurğulayıb kı, "qanuni ölçülərdən heç biri istisna olunmur".

Əlaqəli mövzular

Bu barədə daha geniş