Türkiyə və ABŞ bir çox viza xidmətlərini dayandırır

The Turkish and the US embassies issued virtually identical statements Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Türk və ABŞ səfirlikləri faktiki olaraq bir-birinə bənzər bəyanatlar yayıb

Türkiyə və ABŞ viza xidmətlərinin bir qismini dayandırır. Vaşinqtondakı Türk səfirliyi ABŞ hökumətinin missiya və personalın təhlükəsizliyi ilə bağlı öhdəliyini "yenidən qiymətləndirməyin" gərəkli olduğunu söyləyib.

Daha əvvəl ABŞ-ın Ankaradakı səfirliyi tərəfindən çox bənzər bir bəyanat verilib.

Bu, keçən ilin iyul ayında baş vermiş uğursuz hərbi çevrilişdə günahlandırılan din xadimilə əlaqədə şübhəli bilinən ABŞ-ın İstanbuldakı konsulluq işçisinin saxlanılmasından sonra baş verib.

Vaşinqton bu hərəkəti "əsassız olduğuna və ikitərəfli münasibətlərə zərər verdiyinə" görə qınayıb.

Tutulan konsulluq işçisi bir Türkiyə vətəndaşı olub, bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat verib.

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Türk və ABŞ səfirlikləri faktiki olaraq bir-birinə bənzər bəyanatlar yayıb

Türkiyənin Vaşinqtondakı səfirliyi bazar günü verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin Türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi".

"Bu qiymətləndirmə davam edərkən ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərinı dərhal dayandırdıq", bəyanatda bildirilir.

Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı deyilir.

Türk bəyanatı ABŞ bəyanatı ilə eynidır, yalnız ölkənin adı dəyişdirilib.

Amerikalı missiya, "Türkiyədəki bütün ABŞ diplomatik quruluşlarında qeyri-immiqrant viza xidmətlərinin dayandırıldığını" bildirib.

Qeyri-immiqrant vizaları turizm, tibbi müalicə, biznes, müvəqqəti iş və ya təhsil üçün ABŞ-a səyahət edənlərə verilir.

Vətəndaşlıq və ya qalıcı iqamət istəyənlər ABŞ immiqrant vizaları üçün müraciət edə bilərlər.

Rəsmi Ankara Fethullah Güleni keçən ilin iyul ayında baş vermiş hərbi çevriliş cəhdinin arxasında olmaqda günahlandırır. ABŞ-da məskunlaşan din xadimi bu iddiaları rədd edir.

Ankara aylar ərzində Vaşinqtona Gülen-i təhvil vermək üçün təzyiq etsə də, bu baş verməyib.

Ötən il baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyədə 40 min insan həbs olunub, 120 min nəfər isə işdən azad edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş