Dünyada uşaqların sürətlə piylənməsi qeydə alınıb

two teen girls Fotonun müəllifi Getty Images

Son 40 il ərzində piylənmə əmsalı 10 dəfə artıb, bu isə 124 milyon oğlan və qızın hazırda aşırı kök olduğu deməkdir, yeni tədqiqatın nəticələrində bildirilib.

Dünyanın 200 ölkəsində kökəlmə tendesiyasını təhlil edən ətraflı hesabatın nəticələri Lancet-də dərc edilib.

Hesabata görə, Azərbaycanda qızlar arasında piylənmə 4.4 faiz, oğlanlar arasında isə 5.3 faiz təşkil edir.

Britaniyada beşyaşlı uşaqdan tutmuş 19 yaşlı gəncədək hər 10 nəfərədən biri kökdür.

Mütəxəssislərin fikrincə, kök uşaqların böyüyüb yaşlaşanda da kök qalması onların sağlamlığı üçün ciddi risk yaradır.

Lancet təhlilinin açıqlanması dünyada qeyd olunan Dünya Piylənmə Gününə təsadüf edib.

Dünya Piylənmə Federasiyasının qeyd etdiyinə görə, piylənmə səbəbindən əmələ gələn xəstəliklərin müalicəsinə 2025-ci ildən başlayaraq hər il dünya üzrə təxminən 1213 milyard dollar xərclənəcək.

Fotonun müəllifi Getty Images

Ən yüksək sürətlə uşaqların piylənməsi Şərqi Asiya ölkələrində müşahidə edilir.

Tədqiqatçıların qeyd etdiyinə görə, indiki tendensiya qüvvədə qalsa, yaxın gələcəkdə dünyada köklərin sayı, çəkisi normadan az olanların sayını üstələyəcək.

2000-ci ildə pik səviyyəyə çatdıqdan sonra, çəkisi normadan az olan qız və oğlanların sayı dünyada ildən-ilə azalmağa doğru dəyişir.

Fotonun müəllifi NCD Risk Factor Collaboration
Image caption Oğlanlar arasında piylənməyə aid xəritə. Ən yüksək piylənmə əmsalı olan ərazilər qırmızı rənglə işarələnib. Daha aşağı piylənmə əmsalı olan yerlər, ardıcılıq etibarı ilə, narıncı və sarı rəngə boyanıb. Yaşıl və göy rəngində olan ərazilərdə uşaqlar arasında piylənmə onların ümumi sayının 5%-dən azında qeydə alınıb
Fotonun müəllifi NCD Risk Factor Collaboration
Image caption Qızlar arasında piylənməyə aid xəritə. Ən yüksək piylənmə əmsalı olan ərazilər qırmızı rənglə işarələnib. Daha aşağı piylənmə əmsalı olan yerlər, ardıcılıq etibarı ilə, narıncı və sarı rəngə boyanıb. Yaşıl və göy rəngində olan ərazilərdə uşaqlar arasında piylənmə onların ümumi sayının 5%-dən azında qeydə alınıb

2016-cı ildə 192 milyon uşaq və yeniyetmənin çəkisi normadan az olub. Bu, həmin yaşda olan kök uşaqların sayından xeyli çox olsa da, bu sahədə tendensiyanın dəyişdiyi qeyd olunur.

Şərqi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində cəmi bir neçə onillik ərzində uşaqlarda çəki çətışmazlığı problemi piylənmə problemi ilə əvəzlənib.

Ümumilikdə isə, dünyada 213 milyon uşaq və yeniyetmənin, hələlik piylənmə həddinə çatmasa da, kök olduğu qeyd olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş