Hindistanın Ali Məhkəməsi azyaşlı gəlinlə cinsi əlaqəni zorlama ilə eyniləşdirib

Child marriage in India Fotonun müəllifi Getty Images
Image caption Hindistanda razılıq əsasənda seks üçün yaş həddi 18-dir, lakin kəbinli arvadın zorlanması cinayət sayılmır.

Hindistanda Ali Məhkəmə kişilərə azyaşlı arvadları ilə cinsi əlaqəyə girməyə icazə verən qanun maddəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Zorlama hallarına aid qanunun maddəsində deyilirdi ki, kişi, arvadının yaşı 15-dən yuxarıdırsa, onunla cinsi əlaqəyə girə bilər.

Hindistanda razılıq əsasında cinsi əlaqənin yaş həddi 18-dən başlayır, lakin kəbinli arvadın zorlanması halları bu qanunvericilikdə nəzərə alınmayıb.

Məhkəmənin qərarı qadın haqları fəalları tərəfindən alqışlanıb.

Lakin müxbirlər hesab edir ki, qanunu tətbiq etmək asan iş olmayacaq.

Məhkəmənin qərarında deyilir ki, yaşı 18-dən aşağı olan qadınlar, ərləri tərəfindən zorlandığı halda, bu barədə bir il ərzində şikayət vermək hüququna malik olacaqlar.

BBC-dən Geeta Pandey qeyd edir ki, azyaşlı qızlarla evlənmə hallarının geniş yayıldığı Hindistanda sözügedən qanunun yerinə yetirilməsi çətin bir işə çevriləcək.

"Məhkəmə və polis məntəqələri hər bir evi güdə bilməz. Valideynlərin razılığı ilə ərə verilmiş azyaşlı qızın polisə və məhkəməyə əri barədə şikayət verməyə cürət edəcəyini təsəvvür etmək çətindir".

Hindistan höküməti bildirib ki, uşaq yaşında qızların ərə verilməsi "yoxsulluq və aclığın aradan qaldırılmasından tutmuş uşaq və qadın sağlamlığınadək, bütün sahələrdə inkişafa əngəl törədir".

Əlaqəli mövzular

Bu barədə daha geniş