Öldürülmüş maltalı jurnalistin oğlu "mafia dövlətini" tənqid edib

Scene of the attack Fotonun müəllifi Reuters
Image caption Daphne Caruana Galizia-nın bazar ertəsi günorta saatlarında evini tərk etdikdən sonra öldürüldüyü bildirilir

Malta hökumətini korrupsiyada ittiham edən jurnalist Daphne Caruana Galizia-nın oğlu Matthew Caruana Galizia hadisədən sonra Facebook-da paylaşdığı şərhdə anasının qətlində hökumət rəsmilərinin yaratdığı cəzasızlıq mühitini və "mafia dövlətini" təqsirləndirib.

Məlumata görə, 53 yaşlı Daphne Caruana Galizia-nın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.

XanımCaruana Galizia-nın bu ilin əvvəlində qanunsuz əməllərdə günahlandırdığı baş nazir Joseph Muscat qətl hadisəsini pisləyib.

"Mənim anam qanunun aliliyi və onu pozmaq istəyənlər arasında durduğuna görə qətlə yetirilib", Matthew deyib.

Anasının ölümündən bir neçə saat sonra paylaşdığı uzun şərhdə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (ICIJ - International Consortium of Investigative Journalists) üzvü olan Matthew Caruana Galizia, polisi bacarıqsız olmaqda və hökuməti "cəzasıqlıq mühiti" yaratmaqda təqsirləndirib.

"Dövlət qurumlarının yatdığı bir dövrdə ayaq üstündə olan son insan adətən jurnalist olur", o yazıb.

Matthew həmçinin Matlanın Qərb ölkəsi imicini hədəfə alıb.

"Bəli biz belə yerdəyik: şəxsiyyət vəsiqəndə öz cinsini dəyişməyə imkanın olduğun (və buna da Allaha şükür!), lakin adi hüquqlarından istifadə etdiyinə görə parçalara partladıldığın bir mafia dövlətindəyik", o, deyib.



Fotonun müəllifi Linkedin
Image caption Daphne Caruana Galizia

Baş nazir Muscat isə televiziya yayımında deyib: "Mən qeyd-şərtsiz şəxsə və ölkəmizdə söz azadlığına qarşı bu vəhşi hücumu pisləyirəm".

"Hamı xanım Caruana Galizia-nı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o başqaları üçün də elə idi".

O, həmçinin qeyd edib ki, "belə tədbirlərə heç bir halda haqq qazandırmaq olmaz".

"Ədalət bərpa olunanadək mən sakitləşməyəcəm", baş nazir deyib.

Bazar ertəsi axşam saatlarında minlərlə insan kurort şəhəri Sliemada toplaşıblar.


Araşdırmaçı jurnalist və Matthew Caruiana Galizia-nın üzv olduğu və Panama sənədləri üzrə gördüyü araşdırma üçün bu il Pullitzer mükafatına sahib olan ICIJ Daphne Caruana Galizia-nın ölümündən və "Maltada mətbuat azadlığı barədə dərindən narahat" olduğunu deyib.

Matthew Facebook-da paylaşdığı şərhində partlayış səsini eşidib bayıra çıxdığından sonra nə baş verdiyini yazıb.

"Maşın siqnalının fasiləsiz səsi və alov içində sahədə qaçaraq maşının qapısını açmağa bir yol axtardığım və bir yanğınsöndürənlə gələn iki polisə onu istifadə etmələrinə qışqırdığım anları heç vaxt unutmayacam", Matthew yazıb.

"Onlara mənə baxdılar və biri dedi "üzr istəyirəm amma mən hüç nə edə bilmərəmdedilər "üzr istəyirəm amma biz heç nə edə bilmərik". Mən aşağı baxdım və ətrafımda anamın bədən hissələri var idi. Anladım ki, onlar düz deyir, heç bir ümid yox idi.", o, əlavə edib.

O, Baş nazir Muscat-ın sözlərinə cavab olaraq onu anasını "on ildən çoxdur ki, təcavüz" etdiyini iddia edib.

Matthew deyib ki, "Malta hökuməti Maltada cəzasızlıq mədəniyyətinin yetişməsinə imkan verib. Bu cəzasızlığı təbliğ edən hökumətə rəhbərlik edən baş nazirin günahkarları tapanacan "dincəlməyəcəm" deməsi bizə çox az rahatlıq hissi bəxş edir".

Hadisədən sonra Wikileaks təsisçisi Julian Assange Twitter hesabında xanım Caruana Galizia-nın ölümünə qəzəbləndiyini və onun qatili barədə hökmlə nəticələnəcək məlumat verən şəxsə 20 min avro mükafat verəcəyini bildirib.

Malta Televiziyası xəbər verir ki, Caruana Galizia təhdidlər aldığını bildirərək iki həftə əvvəl polisə şikayət edib. Bu barədə əlavə məlumat verməyib.

Polis qətlin istintaqına başlayıb.

Lakin istintaqı idarə edən hakim, Consuelo Scerri Herrera, çərşənbə axşamı günü xanım Caruana Galizia-nın ailəsinin şikayətlərindən sonra özünü araşdırmadan uzaqlaşdırmağa qərar verib.

Daphne Caruana Galizia vaxtilə xanım Scerri Herrera-nı tənqid edib və hakim tərəfindən məhkəməyə verilib, Times of Malta qəzeti yazıb.

Caruana Galizia-nın ölümü cənab Muscat-ın və onun həyat yoldaşının Panama sənədləri qalmaqalı ilə əlaqəsi olduğunu iddia etməsindən sonra erkən çağırılmış seçkilərdə Muscat-ın Leyborist Partiyasının qələbə qazanmasından dörd ay sonra baş verib.

Cütlük Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etmələri ilə bağlı iddiaları təkzib ediblər.

Caruana Galizia-nın populyar bloqu həm də müxalifət siyasətçilərini hədəf alıb və o, son yazısında ölkənin siyasi durumunu "ümidsiz" adlandırıb.

Fotonun müəllifi Reuters
Image caption Polis və məhkəmə ekspertləri hadisə yerinə yollanıblar

Baş nazirin ofisinin mətbuat katibi BBC-ə bildirib ki, hücumun siyasi motivlərlə həyata keçirildiyi deyilsə də, bu nəticə çıxarmaq olardı. Lakin təhqiqat zamanı heç bir xətt istisna edilmir.

Malta qətli törədəni tapmaq üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu da daxil olmaqla beynəlxalq yardım istəyib, mətbuat katibi bildirib.

Bu arada, Caruana Galizia-nın ailəsi araşdırmaya rəhbərliyi həyata keçirən şəxsin əvəz edilməsini xahiş edib, Malta Independent xəbər verir.

Onun sözlərinə görə, hazırkı rəhbər bir neçə dəfə Caruana Galizia tərəfindən tənqid edilib.

Bu barədə daha geniş