Gümüşlə bəzənən qadınlar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Gümüşlə bəzənən qadınlar

Çinin cənubundakı Quycjou əyalətində yaşayan Myao etnik qrupunun qadınları toy və yas kimi mühüm mərasimlərdə gümüş zinət əşyaları, boyunbağı və başlıqlar taxır.

Qədim Myao deyiminə görə “Gümüşü olmayan qız - qız sayılmaz!”.

9 milyonluq Myao Çinin ən iri etnik azlıqlarından biridir.

Yaşlılardan fərqli olaraq gənc qızları daha sanballı və bər-bəzəkli gümüş əşyalar taxmış görmək olar.

Bir çox ailə inanır ki, kifayət qədər gümüşü olmayan qız evdə qala bilər.

Yerli sakin Quanghui Wu deyir ki, toy mərasimində üzərindəki gümüşün çəkisi 10 kiloqrama yaxın olub.

Əlaqəli mövzular