Kürdüstan referendumu: Kürdlər müstəqilliyi dondurmağı təklif edir

Iraqi forces pose with a national flag as they stand on a river bank across from Kurdish Peshmerga positions on October 14, 2017, on the southern outskirts of Kirkuk. Fotonun müəllifi AFP
Image caption İraq hökuməti tələb edib ki, kürd liderləri 25 Sentyabr referendumunun nəticəsini rədd etsin

Kürdüstan Regional Hökuməti sentyabrda baş tutan mübahisəli müstəqillik referendumunun nəticələrinin dondurulmasını və Bağdad ilə dialoqa girməyi təklif edib.

Hökumətin bəyanatında deyilir ki, onlar "zorakılıq və toqquşmaların qarşısını almaq məqsədilə" atəşkəs təklif edib.

Ötən həftə İraq hökumət qüvvələri neftlə zəngin olan Kərkük şəhərini və kürdlər tərəfindən idarə olunan digər sahələri ələ keçirib.

Bu, kürdlərin regionun Bağdaddan müstəqilliyinə səs verməsindən sonra baş tutub.

"Mübarizənin davamı heç bir tərəfi qələbəyə aparmır, amma bu, ölkəni çaşqınlıq və xaosa doğru aparacaq," hökumətin bəyanatında deyilir.

"Oktyabrın 16-da İraq və Peşmərgə qüvvələri arasında başlayan hücum və qarşıdurmalar... davamlı qan tökülməsinə gətirib çıxara bilər", bəyanatda bildirilir.

Fotonun müəllifi Getty Images
Image caption İraq kürdləri Bağdadla gərginliyin artması fonunda ötən həftə Ərbildə nümayiş edib

İraq hökuməti kürdlərin müstəqillik səsverməsini qanunsuz hesab edib və böhranın həlli üçün dialoqa çağırıb.

Ötən ay İraqın baş naziri Haider al-Abadi tələb edib ki, Kürdüstan Regional Hökuməti referendumun nəticələrini "ləğv etsin".


Həmçinin oxu:


O bildirib ki, səsvermə "iraqlıların dinc şəkildə birgə yaşaması və region üçün təhlükəlidir" və o, ərazidə "İraq hökmünü tətbiq edəcək".

Şimali İraqda yaşayan insanlar qalmaqallı referendumda Kürdüstan Regionu üçün müstəqilliyin lehinə səs verib.

Seçki komissiyaları kürd və kürd olmayan 3,3 milyon əhalinin 92 faizinin ayrılmağı dəstəklədiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş