Qadın liderlər qadınların həyatına yaxşı təsir edirmi?

Clinton Fotonun müəllifi AP
Image caption 2016-cı ildə Hillary Clinton demokratların prezidentliyə namizədi olub.

"İnana bilmirəm ki, biz şüşə tavanda növbəti çatı yaratdıq... əgər bu vaxtacan məni yatmayıb izləyən qızlar varsa - sizin növbəti qadın prezidentiniz ola bilərəm, mən olmasam da, aranızdan biri mütləq olacaq."

Bu sözləri Hillary Clinton, 2016-cı ilin iyulunda Demokratlar partiyasının prezidentliyə namizədi seçilərkən demişdi.

Şüşəni sındıra bilməsə də, Hillary Clintonun bu çıxışı etmək üçün məkan seçimi heç də təsadüfi deyildi.

Javits Mərkəzi, New York şəhərində ən böyük şüşə tavana malik bina kimi tanınır.

Əgər o, ABŞ-ın ilk qadın prezidenti kimi seçilsəydi, hər şey üst-üstə düşəcəkdi.

Lakin xanım Clintonun məğlubiyyəti cərəyanın bir hissəsi idi. Ötən on illik ərzində rəhbər vəzifələr tutan qadınların sayı ikiqat artıb.

Pew Araşdırma Mərkəzinin məlumatlarına əsasən, rəhbər kimi tanınan 15 qadından səkkizi ölkəsinin lideridir.

Amma bu, 193 BMT üzvü ölkələrdə qadınların hakimiyyətdə cəmi 10% göstərici ilə təmsil olunması deməkdir.

Bu liderlər heç şübhəsiz ki, sədləri aşırlar. Bəs ölkəsindəki qadınları da arxalarınca apara bilirlərmi?

Hindistanın yerli hökumətindən gələn siyasi kvota sualımıza cavab ola bilər.


1993-cü ildən bəri təsadüfi seçilən üç Hindistan kəndindən birində baş müşavir kimi qadın təyin olunur.

Sosial eksperiment

Beləliklə təbii sosial eksperiment aparılmış olur.

2012-ci ildə minlərlə hindistanlı gənc və onların valideynlərinin iştirakı ilə aparılan araşdırmada müəyyənləşib ki, qadın liderlər kənddəki gənc qızlara birbaşa təsir göstərir.

Valideynlərdən uşaqlarının təhsili, iş imkanları və gələcəyi haqqında soruşulanda, onlar daha çox oğul övlad haqqında fikir yürüdüblər.

Amma, iki seçki müddətinə qadın lideri olan kəndlərdə heç vaxt qadın rəhbəri olmayan kəndlərə nisbətən, valideynlərin oğul ilə qızın gələcəyinə inamı arasındakı boşluq 25% daha aşağı olub.

Gənclərin özü üçün isə bu boşluq 35%-ə düşüb.

Oğlanlara qarşı tələb liderin qadın olub-olmamasından asılı olmayaraq, eyni dərəcədə qalmışdı. Demək ki, boşluğun kiçilməsinə səbəb, qızlarda yaranan meyl olub.

Müəlliflər qeydə alıblar ki, qadın liderlərin qadınlar və qızların vəziyyətini dəyişmək üçün məhdud imkanları olub.

Bununla belə, onların varlığı ən azından pozitiv model kimi gənc qızların təhsili və arzuları üçün kifayət edib.

Rol modelləri

2012-ci ildə isveçrəli tədqiqatçıların apardığı bir tədqiqat göstərib ki, rol modelləri qadınların liderlik vəziyyətində davranışına uzaqdan belə olsa, təsir göstərir.

Müəlliflər kişi və qadın tələbələri virtual reallıq mühitində çıxış etməyə dəvət ediblər.

Fotonun müəllifi GETTY IMAGES
Image caption Qadınlar il ərzində kişilərdən təxminən 39 gün daha çox işləyirlər, Dünya İqtisadiyyat Forumunun (WEF) hesabatında deyilir.

Onlar dörd qrupa ayrılıblar.

Bir qrupa divarda alman kansleri Angerla Merkel, o biri qrupa ABŞ-ın keçmiş dövlət katibi Hillaty Clinton, digər qrupa Bill Clintonun şəkili göstərilib.

Nəzarət qrupuna isə heç bir şəkil göstərilməyib.

Qadınların qadın siyasətçi qarşısındakı çıxışı, kişi siyasətçi qarşısında və ya heç bir siyasətçi olmadan etdikləri çıxışdan daha uzun olub.

Və çıxış nə qədər uzun olurdusa, iştirakçı qadınlar bir o qədər yaxşı danışırdılar.

"Qadın siyasətçilərin sayının atmasında məqsəd təkcə bərabərlik deyil," tədqiqatın müəllifləri deyir.

Qadınların siyasi rolları həm də gündəlik həyatda bərabərliyin aşılanmasına səbəb olur.

Siyasi mühit və inkişaf

Dünya İqtisadi Forumu (DİF), Qlobal Gender Boşluğu Hesabatını dörd əsas faktor əsasında müəyyənləşdirir - sağlamlıq və yaşayış, təhsil nailiyyətləri, iqtisadiyyatda iştirak və siyasi iştirak.

2016-cı ildə ümumi boşluğu daha az olan ölkələrdə - İslandiya, Finlandiya və Norveç - siyasətçilərinin qadınlardan ibarət olması normal hal hesab olunub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanda qadınların haqları təmin olunurmu? – Bakı sakinləri danışır

Müəyyənləşib ki, siyasi baxımdan yaxşı təmsil olunan ölkələrdə qadınlar daha yaxşı inkişaf edirlər.

Qadın liderlərin həmcinslərinin həyat keyfiyyətinə təsiri arasındakı konkret əlaqə olub-olmadığını demək çətindir. Buna səbəb isə ötən əsr ərzində bərabərliyin dünya üzrə bütün ölkələrdə inkişafıdır.

Həmçinin bir çox qadınlar ya son illərdə seçiliblər, ya da lider kimi qısa müddət fəaliyyət göstəriblər. Buna görə də onların siyasətçi kimi cəmiyyətə birbaşa təsirini ölçmək çətindir.

Fəqət əlimizdə, şüşə tavanı sındıraraq həmcins vətəndaşları üçün həvəs yaradan və ölkələrində qadınların həyat keyfiyyətini yaxşılaşdırmağa qadir olan nümunələr var.

Əlaqəli mövzular

Bu barədə daha geniş