Yeni Zelandiyanın "Birinci pişiyi" və digər siyasi heyvanlar

Paddles Fotonun müəllifi Twitter: FirstCatofNZ
Image caption Yeni Zelandiyanın 'Birinci Pişiyi' Paddles internetdə bir çoxlarının sevgisini qazanıb

Pişik sevənlər Yeni Zelandiyanın yeni baş nazirinin də onlardan biri olduğu xəbərindən sevinəcəklər, heç şübhəsiz.

"Birinci Pişik" Paddles ilə tanış olun. O, ölkənin son 150 ildə seçilən ilk ən gənc baş naziri Jacinda Ardern-in "sağ pəncəsidir".

Parlamentə 2008-ci ildə 28 yaşında üzv seçilən xanım Ardern, solçu baxışları ilə Leyboristlər Partiyasının rəhbəridir.

Fotonun müəllifi AFP
Image caption Siyasi rəhbər və heyvansevər

Xanım Ardern-in xüsusi pişiyi Paddles Twitter-də ilk debütünü oktyabrın 21-i @FirstCatofNZ hesabından edib.

Hesabı kimin idarə etdiyi bəlli olmasa da, pişik Twitter-in heyvan sevər istifadəçiləri tərəfindən sevgi ilə qarşılanıb.

"Paddles Birinci Pişik, Clarke Gayford isə Birinci Bəydir. Bu ki, əladır," bir Twitter istifadəçisi xanım Ardern-in partnyoruna istinadən yazıb.

"Mən, polidaktil pişiksevər rəhbərləri xoşlayıram," bir başqası Paddle-in tanışlıq tvitinə cavab verib.

"Bu şəkili sevdim! Ananın qalib gəldiyinə heç təəccüblənmədim," Amanda Hunt tvitində yazıb.

Bir çoxu öz ev heyvanlarını təqdim etmək üçün tələssə də, Britaniyanın məşhur küçəsi Downing Street-in baş siçançısı da daxil olmaqla, başqa siyasi pişik həmkarları artıq onu salamlayıblar.

Onun dostu Westminster pişiyi Eve də salamlayıb: "Twittersferə xoş gəldin, Paddles! "

Xanım Ardern hesabı kimin açdığından xəbərdar olmadığını söyləsə də, tvitləri bəyəndiyini deyib.

"Paddles-in caynaqlarını nəzərə alanda, hesabı özünün idarə etdiyi ağlıma gəlir," o zarafatla söyləyib və əlavə edib: "o polidaktildir."

Polidaktil pişiklərin normaldan daha artıq caynağı olur və bu da onlarda tərs baş barmaqlar yaradır.

Malayziyanın ilk pişikləri

Paddles dünyanın başqa rəhbər pişikləri sırasına qoşulur.

Malayziyanın Nəcib Razakı da başqa bir pişiksevər siyasətçidir. Onun dörd tüklü pişiyi rəsmi iqamətgahda sərbəst şəkildə miyovuldayır.

Fotonun müəllifi Getty Images
Image caption Digər siyasi "birinci pişik" Kiki, Malayziyanın Nəcib Razakına məxsusdur

Onların adları Leo, Kiki, Tiger və Simbadır. Hər biri tüklü, baxımlı və fotogenikdir.

Prezidentlərin böyüyən heyvanxanaları

Təmizqanlı heyvanlar həmişə yaxşı davranışları ilə fərqlənirlər. Tayvan və Cənubi Koreyada heyvan fəalları, lider Tsai İnq-ven və Moon Cae-ının heyvansevərliyliyini təqdirəlayiq hesab edirlər.

Belə ki, onlar almaq əvəzinə, xilas edilmiş heyvanlara sahib çıxıblar.

Tayvan lideri Tsain pişik sevdası barədə sənədli film də hazırlanıb. 2016-cı ildə adanın ilk qadın prezidenti seçilən 59 yaşlı Tsain, Think Think (tayfundan sonra götürdüyü boz rəngli tabbi) və Ah Tsai (prezident seçkiləri ərəfəsində hədiyyə olunan ferma pişiyi) adlı iki pişiyi var.

Fotonun müəllifi Facebook: Tsai Ing-wen
Image caption Xanım Tsai sevimli pişiyi Ah Tsai ilə

Xanım Tsai eyni zaman üç qoca xilasedici it də saxlayır. Onun hər iki pişiyinin artıq azarkeş ordusu yaranıb.

Fotonun müəllifi Cheong Wa Dae handout
Image caption Prezident Moon yeni Birinci İti təqdim edir

Bir çox Cənubi koreyalıya yeni prezidentləri Moon Cae yeni nəfəs gətirib. Xüsusilə də ev heyvanları seçimi insanlarda sevgi yaradıb.

Onun da bütün heyvanları sığınacaqlardan götürülüb. Sələfi doqquz Cindo itinə sahib Park Geun-hye ilə onun heyvan sevgisi arasında böyük fərq var. Belə ki, Geun-hye haqqında çıxan korrupsiya qalmaqalından sonra, deyilənlərə görə, itlərini atıb.

Seçkidə verdiyi sözlərdən birini cənab Moon dərhal yerinə yetirib: qara itlərə qarşı olan tabunu pozaraq bir qara iti heyvan sığınacağından götürüb.

O, bu qara qarışıq cinsli itə Tory adını verib və bu hərəkəti Cənub Koreyada heyvan haqlarının müdafiəsində addım kimi qiymətləndirilib.

Bu bəxtəvər heyvan prezidentin Maru adlı iti və Jjing-jjing adlı pişiyindən ibarət heyvan ailəsinə qoşulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş