Twitter əməkdaşı son iş günündə Trump-ın hesabını "dayandırıb"

Twitter xəbəri Fotonun müəllifi Twitter
Image caption Cümə axşamı günü Trump-ın hesabına daxil olanlar "Üzr istəyirik bu səhifə mövcud deyil!" xəbərinə rast gəliblər.

Cümə axşamı günü ABŞ prezidentinin Twitter-dəki şəxsi hesabı yoxa çıxıb. Şəbəkənin fəal istifadəçisi olan Donald Trump-ın hesabı 11 dəqiqə ərzində işləməyib. Lakin daha sonra o bərpa olunub, Twitter bildirir.

Sosial şəbəkə @realdonaldtrump hesabının şirkətdə son iş günündə olan əməkdaş tərəfindən dayandırıldığı bildirib.

Hesabın cəmi 11 dəqiqə ərzində qeyri-aktiv qalıb. Bundan sonra Twitter insidenti araşdırmağa başlayıb.

Şəbəkədə 41,7 milyon izləyicisi olan Donald Trump hadisəni şərh etməyib.


Cümə axşamı günü Trump-ın Twitter-dəki hesabına daxil olanlar "Üzr istəyirik, bu səhifə mövcud deyil!" elanına rast gəliblər.

Hadisədən sonra Donald Trump-ın paylaşdığı ilk tvit vergilərin ixtisarı ilə bağlı respublikaçıların planları barədə olub.

Prezidentin rəsmi - @POTUS hesabı normal rejimdə işləyib.

Fotonun müəllifi Twitter
Image caption Donald Trump-ın Twitter-də 41 milyon istifadəçisi var

Twitter gələcəkdə belə insidentlərə yol verməmək üçün tədbir görəcəyini bildirir.

"Araşdırma nəticəsində müəyyən olunub ki, bunu şirkətdə son iş gününə gələn texniki yardım xidmətinin əməkdaşı edib. Biz ətraflı daxili araşdırma aparırıq", - Twitter-in rəsmi açıqlamasında deyilir.

Donald Trump Twitter hesabını 2009-cu ildə açıb.

ABŞ prezidenti şəbəkəni siyasi bəyanatlar üçün istifadə edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş