Ukrayna və Google Kanadanın baş naziri Justin Trudeau-nun "corab oyununu" oynayır

Volodymyr Groysman and Justin Trudeau shake hands Fotonun müəllifi Reuters
Image caption Baş nazirlər Volodımır Qroysman və Justin Trudeau Ottawa-da görüşüb.

Kanadanın Baş naziri Justin Trudeau özünəməxsus geyim üslubu və rəngbərənk corabları ilə məşhurlaşıb.

Ukraynanın ticarət nümayəndəsi, Nataliya Mykolska-nın, Trudeau ilə görüş zamanı onun kolleksiyasına hədiyyə etmək imkanı qazanıb.

Ukrinform yayım platforması həmin corabları "qeyri-adi hədiyyə" kimi səciyyələndirib.

Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Ukraynanın Baş naziri Volodımır Qroysman-ın adından Trudeau-ya hədiyyə edilməyə seçilmiş həmin corabların fotosunu tvitləyərək, bunun ikitətəfli iqtisadi əlaqələrin inkişafına töhfə olacağını yarızarafat qeyd edib

Ukraynanın Hromadske.ua xəbər vebsaytının Facebook səhifəsində Trudeau-nun corabları və ona hədiyyə edilən corab dəsti barədə müxtəlif şərhlər olub.

Fotonun müəllifi kmu.gov.ua
Image caption Baş nazirlər arasında danışıqlar Ottawa-da keçirilib.

Belə ki, Katerina Krotkova, qeyd edib ki, Kanada baş nazirinə hədiyyə edilmiş corabdan onda da var və demək, bundan sonra onun "Justin-lə eyni corabı olacaq".

İlk dəfə deyil ki, Trudeau-nun corabları diqqət mərkəzinə keçir.

İyul ayında Almaniyada Hamburg şəhərində G20 sammitində iştirak etmiş Trudeau İnstagram səhifəsində fotosunu paylaşarkən rəngli çorabları diqqət cəlb edib.

Fotonun müəllifi Justin Trudeau
Image caption Justin Trudeau-nun bu fotosu 40,000-dən çox izləyici tərəfindən bəyənilib.

Bəzən Trudeau ilə görüşən siyasətçilər də eyni gediş edərək "corab-corab" oyununa qoşulur. İrlandiyanın baş naziri Leo Varadkar iyul ayında Dublin şəhərində kanadalı həmkarı ilə görüşərkən "corab diplomatiyası"ndan istifadə edib.

Fotonun müəllifi PA
Image caption İrlandiyanın Baş naziri kanadalı həmkarını belə corabda qarşılayıb.

Cümə günü ABŞ-Kanada münasibətlərinə həsr olunmuş tədbirdə Google şirkətinin keçmiş müdiri, hazırda isə Google-un təsisçisi olan Alphabet şirkətinin icraçı sədri Eric Schmidt, Trudeau-nun corablarının "qeyri-adiliyə görə" həmişə diqqət mərkəzində olduğunu qeyd edib.

"Hamı mənim corablarımı digərlərinki ilə müqayisə edir, Trudeau toplaşanlara deyir, - Digərlərinin corabı daha böyük maraq doğuranda, bu, məni heç pərt etmir, çünki onlar mənim corab oyunumu oynamış olur".

Mayın 4-də keçirilmiş və Ulduz Müharibələri mövzusuna həsr olunmuş tədbirə Trudeau-nun geydiyi corablar da tədbirin ruhuna tam uyğun olub.

Fotonun müəllifi Reuters
Image caption Trudeau "Ulduz Müharibələri Günü" İrlandiyanın keçmiş Baş naziri Enda Kenny ilə görüşərkən, corabları günün mövzusuna tam uyğun olub.

Toronto-da keçirilən gey-paradda isə Trudeau-nun corabları göyqurşağı rənglərində olub.

Fotonun müəllifi Reuters
Image caption Ottawa, Ontario, 25 iyun, 2017 - Gey-parad zamanı Kanadanın Baş naziri corabını parlamentin Liberal partiyasından olan üzvü Randy Boissonnault-un corabı ilə müqayisə edib.

Ulduz Müharibələri mövzusunun daha bir personajı - Chewbacca - mövzusunda corablar isə bu dəfə New York-da keçirilən biznes forumunda izləyicilərin diqqətini özünə çəkib:

Fotonun müəllifi PA

Əlaqəli mövzular

Bu barədə daha geniş