Zimbabve: ölkəyə nəzarət orduya keçdikdən sonra Mugabe "ev dustaqlığına alınıb"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hərbi qüvvələrin bəyanatını oxuyan general-mayor Subisiso Moyo, prezident Robert Mugabe və onun ailəsinin təhlükəsizliyinin təmin edildiyini deyib

Zimbabve hərbiyyəsi prezident Robert Mugabe-ni paytaxt Hararedə "ev dustağlığına alıb", Cənubi Afrika prezidenti Jacob Zuma deyib.

Robert Mugabe telefon danışığı zamanı Jacob Zuma-ya deyib ki, o, qaydasındadır, Cənubi Afrika lideri bildirib.

Paytaxt Hararedə qoşunlar küçələrdə keşik çəkir.

Bundan əvvəl ordu dövlət televiziyasını nəzarətinə alıb.

BBC müxbirlərinin bildirdiyinə görə, ordunun atdığı addımlar Mugabe-nin, onun vəzifədən kənarlaşdırdığı müavini Emmerson Mnangagwa ilə əvəz olunmasına hazırlıq mərhələsi ola bilər.

Keçən həftə Emmerson Mnangagwa vəzifəsindən kənarlaşdırılmışdı.

Bundan sonra Mugabe-nin varisi roluna onun arvadı Grace-in iddia edəcəyi ehtimal olunurdu.

Paytaxt Hararenin şimalında çərşənbə günü səhər saatlarında ağır artilleriya atəş səsləri eşidilib.

Zimbabvedə ZBC dövlət televiziya binasını tutmuş hərbçilər prezident Robert Mugabe-nin ailəsilə birlikdə saxlandığını bildiriblər. Hərbçilər baş verənlərin çevriliş olmadığını qeyd etməklə yanaşı Mugabe və onun ailəsinə heç bir təhlükənin olmadığını bildirirlər.

Hakim "Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər cəbhə" partiyasında bildiriblər ki, bu addım "ölkənin sağlamlığı naminə" atılıb.

"Bu gün yeni era başlayır", - partiyanın bəyanatında deyilir.


Həmçinin oxuyun:


Yerli KİV-lərin məlumatına əsasən, Mugabe istefa verməyə hazırlaşır, onun varisi isə, əvvəl bəyan edildiyi kimi, onun arvadı yox, vitse-prezident Emmerson Mnangagwa olacaq.

Fotonun müəllifi Reuters
Image caption Harare ətrafında hərbi texnika yerləşdirilib

"Yoldaş Mnangagwa Zimbabveni daha yaxşı məkana çevirəcək", - hakim partiyanın bəyanatında deyilib.

ZBC dövlət televiziya şirkəti binasını hərbçilər çərşənbə gününə keçən gecə tutub.

"Prezident və onun ailəsi sağ-salamatdır, onların təhlükəsizliyi təmin olunub", - hərbi qeyimli şəxs telekanalın efirində bildirib.

Reuters agentliyi həmin şəxsi general-mayor Moyo kimi tanıyıb.

Generalın təbirincə, hərbçilər Mugabe-nin ətrafında olan cinayətkarlara qarşı çıxış edib.

Fotonun müəllifi AFP
Image caption 93 yaşlı Robert Mugabe və onun arvadı Grace Mugabe

Harare şəhərində partlayış və top atəşi səsləri eşidilib.

Harare şəhərində yerləşən Britaniya və ABŞ səfirlikləri vətəndaşlarına ictimai yerlərə çıxmamağı məsləhət görüb.

Nə 93 yaşlı Mugabe, nə onun nümayəndələri, hələlik heç bir bəyanat verməyiblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş