Zimbabvedə nə baş verir?: 5 suala cavab

Fotonun müəllifi EPA

Hərbiyyə hərəkətini necə əsaslandırıb?

Televiziya ilə çıxış edən general-mayor Sibusiso Moyo bəyan edib ki, prezident Robert Mugabe və onun ailəsinin təhlükəsizliyi təmin edilir.

Onun təbirincə, ordunun hədəfi yalnız Mugabe-nin ətrafında olan və ölkədə "sosial-iqtisadi çətinliklər yaradan kriminallardır".

"Missiyamızı başa vuran kimi, vəziyyətin normal məcrasına qayıdacağını güman edirk", - Moyo deyib.

Hərbçilərin hərəkətinin kim tərəfindən idarə olunduğu aydın deyil.

Ötən həftə Çində səfərdə olmuş ordu başçısı, general Constantino Chiwenga bazar ertəsi deyib ki, ordu hakim ZANU-PF partiyasında təmizləmələrə son qoymaq üçün hərəkətə keçməyə hazırdır.

Fotonun müəllifi AFP
Image caption Bu hadisədən əvvəl, Robert Mugabe-nin (solda) yoldaşı Grace Mugabe (sağda) hakim partiya daxilində mübarizədə üstünlük qazanmışdı

Atışma barədə nə məlumatımız var?

Atəş səsləri paytaxt Hararenin şimal rayonlarında, cənab Mugabe və bir çox hökümət rəsmilərin yaşadığı ərazidə eşidilib, BBC-nin müxbiri Shingai Nyoka deyir.

Bir şahid AFP xəbər agentliyinə deyib ki, atəş səsləri çərşənbə günü səhər saatlarında cənab Mugabe-nin evinin yerləşdiyi Borrowdale rayonundan gəlib.

Kimsə tutulubmu?

Hökümət mənbəyi Reuters agentliyinə Maliyyə naziri Ignatius Chombo-nun tutlduğunu bildirib.

O, Zanu-PF partiyasının Robert Mugabe-nin arvadı Grace Mugabe tərəfindən idarə olunan fraksiyasının aparıcı üzvüdür.

Bu çevrilişdirmi?

Zimbabvenin müxalifət lideri Morgan Tsvangirai-nin keçmiş müşaviri Alex Magaisa, BBC-yə deyib ki, çevriliş - qeyri-populyar bir aksiya olduğundan, Zimbabve hərbiyyəsi öz əməliyyatını çevriliş adlandırmaq istəməyib.

"Onlar bilib ki, çevriliş pislənəcək. Lakin aydındır ki, prezident Mugabe hazırda yalnız sözdə prezidentdir, hakimiyyət isə hərbiyyəyə keçib", - Alex Magaisa əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption Zimbabvedəki bəzi təhlilçilər hesab edir ki, Mugabe artıq yalnız sözdə prezidentdir, hakimiyyət isə orduya keçib.

Hərbçilərin hərəkətindən əvvəl siyasi vəziyyət necə idi?

Xanım Mugabə və cənab Mnangagwa arasındaki siyasi mübarizə hakim Zanu-PF partiyasında bölüşməyə səbəb olub.

General Chiwenga cənab Mnangagwa-ya yaxındır. Onların ikisi də 1970-ci illərdə ağdərililərin hakimiyyətinə son qoyan müharibənin veternlarıdırlar.

Müharibə veteranlarının lideri Chris Mutsvangwa hərbçilərin hərəkətini müsbət qarşılayaraq Reuters-ə deyib: "Bu, uçurumun ucuna sürətlə yaxınlaşan vəziyyətin düzəldilməsidir."

"Bu, gənc bir dövlətin tarixində çox ağrılı və kədərli fəsilin sonudur. Bu fəsildə bir diktator qocaldıqca öz hakimiyyətini arvadının ətrafındaki bir dəstə quldura verib."

Əlaqəli mövzular

Bu barədə daha geniş