İran futbol azarkeşləri qadın aparıcıya hansı paltarda çıxış edəcəyinə dair məsləhət verib

Former USA footballer Alexi Lalas and Maria Komandnaya at the Fox Sports 2018 Fifa World Cup Celebration Fotonun müəllifi Getty Images
Image caption Sentyabr ayında Mariya Komandnaya Fox Sports telekanalının verilişində səhnədə ABŞ futbolunun əfsanəvi ulduzu Alexi Lalas ilə birgə göründü.

2018-ci ildə Moskvada keçiriləcək Dünya Futbol Kubokunun final mərhələsində ölkələrin qruplara bölgüsünü müəyyən edəcək püşkatma mərasiminin rusiyalı qadın aparıcısına İran futbol azarkeşləri hansı paltarda çıxış etməsinə dair məsləhətlər verib.

Rusiyalı idman jurnalisti Mariya Komandnaya dekabrın 1-ə təyin olunmuş puşkatmanın aparıcılardan biri olacaq.

Verilişin ərəfəsində iranlı azarkeşlər Mariyanı açıq-saçıq olmayan paltarda verilişi aparmağa xahiş ediblər.

İranlı futbol fanatlarının təbirincə, məhz bu halda həmin püşkatma mərasimini İranda senzurasız izləmək mümükün olacaq.


Həmçinin oxuyun:


Püşkatma mərasimini aparıcı kimi işıqlandırmaq üçün seçildiyi və həmin verilişdə BBC-nin futbol proqramının aparıcısı şərhçisi Gary Linekerlə birgə çıxış edəcəyi xəbərini ilk dəfə paylaşdıqdan sonra, Komandnayaya sosial mediada geyiminə dair xeyli məsləhətlər verilib.

Onun Instagram səhifəsinə rusca bir iranlı yazıb: "Mən iranlıyam. Bizim televiziya rəhbərlərimiz çox sərtdir və sizin fotoşəklinizi senzura ediblər. Mümkündürsə, püşkatma mərasimi üçün elə paltar seçin ki, biz proqramı görə bilək"

İran futbol azarkeşləri narahatdır ki, aparıcının geyimi İran televiziyasında senzura oluna bilər, nəticədə isə, püşkatmanın bəzi hissələri göstərilməz.

İran televiziyası adətən beynəlxalq futbol matçlarının canlı yayımında ribunalarda yerləşən qadınları göstərməmək üçün əvvəldən çəkilmiş kadrlardan istifadə edir.

Dünya Kuboku və Olimpiya Oyunlarının açılış mərasimləri də, aparıcıların geyimi İran TV-nin qaydalarına uyğun gəlməyəndə, tam həcmdə İran tamaşaçılarına göstərilmir.

2014-cü ilin Dünya Kuboku mərasiminin canlı yayımı Braziliya televiziyası aparıcısının açıq-saçıq geyimdə olduğu üçün kəsilmələrlə verilmişdi.

Instagaramda @alifarajizadeh adlı istifadəçi Mariya Komandnayaya belə bir yazı ünvanlayıb: "Mənim bacım, xahiş edirəm hıcabına fikir ver. Biz də mərasimə senzurasız baxmaq istəyirik".

Digər bir istifadəçi isə bu fikri davam edib: "Xahiş edirəm, püşkatma vaxtı cəzbedici paltar geyinmə ki, biz də püşkatmanı tam həcmdə görə bilək. Açıq-saçıq geyinsən, verilişi görə bilməyəcəyik."

Twitter istifadəçiləri də eyni sualları qaldırıb.

"Rica edirəm, elə geyin ki, hər bir mədəniyyət üçün qəbul edilən olsun. Təşəkkür edirəm.", - @hamidoddin adlı istifadəçi yazıb.

Digər istifadəçi əlavə edib: "Bu çox vacibdir. Biz səni senzurasız görmək istəyirik və bu, sənin necə paltarda olacağından asılıdır".

Komandnaya İran futbol azarkeşləri arasında 19 yaşlı iranlı futbolçu Sərdar Azmunla müsahibədən sonra məşhurlaşıb.

"İranlı Messi" adlandırılan futbolçu Rusiyanın Rubin Kazan klubunda oynayır.

Komandnaya ötən ay Instagram-da Kazan məsçidində Azmunla birgə çəkdirdiyi fotonu paylaşıb. Həmin şəkildən göründüyü kimi, məsçiddə Mariya başını yaylıqla örtüb, əynində isə şalvar olub.

Fotonun müəllifi Komandnaya/Instagram
Image caption Mariya Komandnaya və İran futbolçusu Sərdar Azmun məsçiddə olarkən şəkil çəkdiriblər.

İranlı sosial media isifadəçiləri Mariyaya xatırladıblar ki, Dünya Kuboku püşkatma mərasmində onun belə geyimdə olması daha yaxşı olar.

"O, belə geyimdə olsa, biz bütün mərasimi canlı yayımda ilk dəfə olaraq izləyə biləcəyik", - Twitter istifadəçisi farsca yazıb.

ISNA agentlyinin jurnalisti Möhsin Mütamədkiyə isə xatırladıb ki, Mariya Komandnaya Sərdar Azmunla müsahibəni Kazan məsçidində aparıb.

"Deməli, ən azı biz onun paltar seçiminə etibar edə bilərik", - Möhsin qeyd edib.

İran gələn il keçiriləcək Dünya Kubokunun final mərhələsinə vəsiqəni iyun ayında Tehranda Özbəkistan komandasına 2-0 hesabı ilə qalib gələndən sonra qazanıb.

Məşqçi Carlos Queiroz-un rəhbərliyi altında final mərhələyə hazırlıq aparan İran yığması üçün həmin matçda qolları vuran Sərdar Azmun və Mehdi Taremi olublar.

Əlaqəli mövzular

Bu barədə daha geniş