Sibir: Şagirdlər -50C olanda da məktəbə gedir

Termometr Fotonun müəllifi EPA
Image caption Soyuqdur, amma lap elə də yox.

Sibirin Oymyakon şəhərində şagirdlər havanın temperaturu hətta -50C olanda da məktəbə gedirlər.

Sibirin şimal şərqində yerləşən Saxa Respublikasının News.Ykt.Ru xəbər portalının yazdığına görə, Oymyakon şəhərində hava şaxtalı olsa belə, bu uşaqların məktəbə getməsinin qarşısını ala bilməz.

Oymyakonda temperatur -52C-dən aşağı düşəndə yerli məktəblərdə 1-5-ci sinif şagirdlərinə rəsmi olaraq dərsə gəlməmək icazəsi verilir.

"Bu gün səhər temperatur -50C olub, odur ki, bütün uşaqlar məktəbə gedib", - Oymyakon administrasiyasının rəsmisi News.Ykt.Ru portalına bildirib.

Yakutsk şəhəri Oymyakon şəhərindən 30 kilometr cənubda yerləşir.

Burada isə -45C temperaturu uşaqların məktəbə gedib-getməməsi məsələsi üçün kritik sayılır.

Yakutskda havanın temperaturu -45C-dən aşağı düşəndə, şagirdlərə məktəbə gəlməmək icazəsi verilir, regional administrasiya bildirib.

Odur ki, -50C dərəcəli hava Yakutsk şəhəri üçün artıq çox soyuq sayılır.

Oymyakon şəhəri Soyuq Qütbü də adlandırılır - bura, Yer kürəsinin insanın məskən saldığı ən soyuq ərazisi sayılır.

1973-cü ildə Oymyakonda havanın temperaturunun -65C dərəcəyə enməsi qeydə alınmışdı.

Britaniyada isə mövcud olan rəsmi təlimatlara görə, məktəb sinifində temperatur 16C və ya aşağı olarsa, bu zaman həmin məktəbin rəhbərliyi dərsləri dayandırmaq qərarını nəzərdən keçirə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş