6 sualda Rza Zərrab işi

ZARRAB VE ATILLA Fotonun müəllifi Reuters
Image caption Atilla (solda) ve Zərrab (sağda), Sentyabr ayına qədər prosesə birlikdə qatılırdılar

Keçən ildən bu yana Türkiyə gündəmindən düşməyən Rza Zərrab məhkəməsinin ABŞ-da münsif seçimi tamamlanıb və məhkəmə prosesi başlanıb.

Hakim Richard Berman noyabrın 27-i baş tutan prosesdə üzvlərin bu işdə münsiflik etməyə qadir olub-olmadıqlarını yoxlamaq və ya maraqlarını təmin edib-etməmələrini müəyyənləşdirmək üçün bir sıra suallar və meyarlar təqdim edib.

Berman münsif seçimi əsnasında oxuduğu mətndə bunun bir cinayət işi oduğunu və "ABŞ Mehmet Hakan Atillaya qarşı" kimi adlandırıldığını söyləyib. Berman, həmçinin Halkbank bankının keçmiş müdir köməkçisi Hakan Atilla ilə bərabər oxşar və ya eyni ittihamlarla başqa şəxslərə də cinayət işi açıldığını, lakin bu məhkəmədə həmin adların mühakimə olunmayacağını deyib.

Başqa sözlə, hər nə qədər ictimaiyyət tərəfindən bu müddət Zərrab işi olaraq bilinsə də, rəsmi olaraq münsif üzvləri qarşısına çıxarılan yalnız Atilla olub.

Prokurorluğun son hazırladığı ittihamnamədə isə Atilla ilə yanaşı, İran, Türkiyə və Makedoniya vətəndaşı olan iş adamı Rza Zərrab və keçmiş İqtisadiyyat naziri Zafer Çağlayan da daxil olmaqla 9 şübhəli mühakimə olunur.

Şübhəlilər ABŞ-ın İrana nüvə proqramı məqsədi ilə tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırılırlar. Hakim qarşısına çıxan Zərrab və Atilla, daha əvvəlki proseslərdə də iddiaları rədd ediblər.

Türkiyə isə məhkəməni "özünə tərəf tuşlanan açıq tələ" kimi təsvir edir. Prezident Recep Tayyip Erdoğan 2013-cü ilin 17-25 dekabrında aparılan sui-istifadə ilə bağlı istintaqları "tarixin ən böyük hiylələrindən" biri kimi izah edib və eyni hadisənin hazırda ABŞ-da təkrarlandığını deyib. Bundan başqa, işin prokurorları haqqında da ayrıca istintaq başladılıb.

Hüquqi anlamda siyasi tərəfləri ilə önə çıxan və ictimaiyyətin "Zərrab işi" kimi bildiyi istintaqa dair indiyə qədər məhkəməyə təqdim olunan və üzərində məxfilik olmayan sənədləri nəzərdən keçirdik və mühüm mövzuları bir araya toplayıb sizə təqdim edirik:

1. Məhkəmə prosesi necə işləyəcək, ilk günlər nələr oldu?

2. Zarrab haradadır və prokurorlarla anlaşdımı?

3. Şübhəlilər nədə ittiham olunurlar?

4. Prokurorlar sübut olaraq ortaya nə qoyurlar?

5. Məhkəmə davasının siyasi tərəfləri nələrdir?

6. Prosesdə maddi əməliyyatların ölçüsü nə qədərdir?

Fotonun müəllifi Getty Images
Image caption Savcı Joon Kim Türkiyədən edilən tənqidləri "cəfəngiyat" kimi qiymətləndirib

Məhkəmə prosesi necə işləyəcək, ilk günlər nələr oldu?

İşin hakimi New York Bölgə Məhkəməsi Hakimi Richard Berman, prokuroru New York Cənub Bölgəsi prokuror vəkili Joon Kim-dir.

Hakim Berman münsif seçimin edildiyi bazar ertəsi günü baş tutan prosesdə işın adını "ABŞ Mehmet Hakan Atillaya qarşı" olaraq təqdim edib.

O, potensial üzvlərə müraciətində deyib: "Burada eşidəcəyiniz kimi, cənab Atilla ilə eyni və ya oxşar ittihamlarla günahlandırılan digər şəxslər də var, lakin həmin şəxslər bu işdə sizin qarşınızda mühakimə olunmayacaq. Cənab Atillaya qarşı ittihamnamədə altı ittiham irəli sürülüb."

İlk gündə 12 münsif üzv ilə 6 ehtiyat üzvün seçimi tamamlanıb. Beləcə, işin də başlanması üçün bir maneə qalmayıb.

Məhkəmənin sonunda şübhəlilərin günahkar olub-olmaması ilə bağlı qərarı 12 üzv verəcək. Qərar əldə edilməsi üçün isə yekdil rəy şərtdir.

Şübhəlilər günahkar bilindikləri təqdirdə cəza ilə bağlı qərarı hakim verəcək.

Berman məhkəmənin təqribən üç-dörd həftə çəkəcəyini təxmin etsə də, gözlənilməyən hadisələr, yaxud dəlil və ya şahidlərin istintaqı səbəbi ilə bir neçə günlük gecikmələrin mümkünlyünü də vurğulayıb.

İşin 27 noyabr bazar ertəsi günündən etibarən hər gün birincisi Bakı vaxtı ilə 18.15 və 21.45, ikincisi də Bakı vaxtı ilə 23.15 və 01.45 arasında olaraq iki proses şəklində aparılması planlaşdırılır.

Münsif seçimində gözlənilməz bir hadisə və ya sonradan bir mübahisəyə səbəb olacaq problemlərin qarşısını almaq məqsədilə, potensial üzvlərə suallar verilib. Bu suallar arasında işdə adı keçən şəxs və ya şəxslərin yaxınları ilə tanışlıqları və ya hər hansı bir iş ortaqlığı olub-olmadığı yer alıb.

Verilən suallardan biri də onların türkcə bilib-bilmədikləri olub. Bu sənədin davamı kimi iddiaçının işi, ittihamnamədə adı çəkilən şəxslər, mümkün şahidlər və ya proseslər əsnasında adları çəkilə biləcək şəxslər, yerlər və şirkətlərin yer aldığı 10 səhifəlik bir siyahı təqdim olunub.

Bu siyahıda Atilla şübhəli, Zərrab isə "tələ içində iştirakı iddia edilən şəxs olaraq" göstərilir.

Siyahıda eləcə də, prezident Erdoğan, kürəkəni Energetika naziri Berat Albayrak, oğlu Bilal Erdoğan, İranın keçmiş prezidenti Mahmud Əhmədinecad, keçmiş baş nazir köməkçisi Ali Babacan, keçmiş Avropa İttifaqı (Aİ) naziri Egemen Bağış, jurnalist Can Dündar və müğənni Ebru Gündeşin də adları yer alır.

Siyahıdakı adlar arasında həmçinin 2013-cü ilin 17-25 dekabrında Türkiyədə korrupsiya iddiaları ilə bağlı başladılan və Zərrab ilə dövrün bəzi hökumət üzvlərinin oğullarının da nəzarət altına alındığı istintaqlarda rol oynayan şəxslər də var.

Keçmiş baş kapitan Mehmet Akif Üner, o dövrdə İstanbul Maliyyə Şöbəsinin müdiri olan Yakup Saygılı və Maliyyə Şöbəsi müdir köməkçisi Kazım Aksoyun da adları bu adlar arasındadır. Sayğılı ilə Aksoyun həyat yoldaşları ayın əvvəli, Fetullah Gülen Camaatı üzvlərinin aralarında yazışmaq üçün istifadə etdikləri iddia olunan Bylock proqramına sahib olmaları ittihamı ilə nəzarətə alınıblar.

Bununla yanaşı, hələ də polis sistemində vəzifəsini davam etdirən Hakan Sıralı ilə Təhlükəsizlik Baş Müdiri Selami Altınok da bu siyahıda var.

Prosesin ilk dinləməsində Atillanın vəkilləri prokurorluğun onlara dəlil kimi minlərcə səhifəlik sənədlər təqdim etdiyini bildirərək, prosesin iki həftə təxirə salınmasını istəyiblər. Prokurorluq bu sənədlərdə yeni bir vəziyyət olmadığını və məzmundan yalnız iş ilə əlaqədar məlumatların istifadə ediləcəyini istəyərək tələbin rədd edilməsini irəli sürüb.

Keçən həftə baş tutan sonuncu hazırlıq prosesində Berman və Kim Türkiyədən gələn tənqidlərə münasibət bildiriblər. Hakim Berman üçüncü tərəflərin tərcüməçilər də daxil olmaqla proses ilə əlaqəsi olan hər kəsə təsir etməyə çalışdıqlarını söyləyib və əlavə edib ki, bənzəri hal təkrarlandığı təqdirdə müvafiq orqanlara məlumat verəcək. Prokuror Kim də Türkiyədən edilən tənqidləri "cəfəngiyat" kimi qiymətləndirib.

Əvvələ dön

Fotonun müəllifi Empics
Image caption Rza Zərrab işində əsas adlar

Zarrab hardadı və prokurorlarla anlaşdımı?

Son günlərdə gündəmdə olan mövzular arasında Zərrabın vəziyyəti ilə bağlı fərziyyələr yer alsa da, heç bir şey dəqiqləşməyib. Dəqiq olan bir şey var: Zərrab prosesdə şübhəli olaraq mühakimə olunmayacaq.

Zərrab ilə bağlı bildiklərini söyləməsi qarşılığında şahidliyi qəbul edərək sərbəst buraxılma, prokurorluq ilə anlaşmaya vararaq daha az cəza ilə günahını etiraf etmə və Türkiyə ilə ABŞ arasında əldə edilən bir sözləşmə ilə ekstradisiyası kimi üç fərqli ehtimal irəli sürülür.

İşin əsas simalarından olan Zərrab 2016-cı ilin martında Disney World-ə ailəsi ilə birgə etdiyi səyahət əsnasında Miami-də həbs olunub və New York-a gətirilib.

Keçən həftə ərzində ABŞ Həbsxanaları Bürosunun internetdəki qeydlərində Zərrabın noyabrın 8-i sərbəst buraxılması ilə bağlı məlumat yer alıb. Daha əvvəl də qeydlərdə bənzəri dəyişiklik olmuş, amma sonra bunun "texniki qüsurdan" qaynaqlandığı açıqlanmışdı.

Prokurorluq isə bu barədə sirr vermir. The Daily Beast xəbər səhifəsinə müsahibə verən New York Cənub Bölgəsi Prokurorluğunun sözçüsü Nick Biase deyib: "Sadəcə olaraq, Zərrabın federal nəzarətdə olduğunu deyə bilərəm."

Burada sözçünün federal məhkum deyil, federal nəzarət ifadəsindən istifadə etməsi diqqət çəkib. Mütəxəssislərə görə, bu vəziyyət bəzi şərtlər altında iddia olunan məsələ ilə bağlı şahidlik etməyi qəbul edən şübhəlilərə şamil olunur.

Başqa sözlə, ola bilsin ki, Zərrab prokurorluq ilə işbirliyinə girərək istintaqla bağlı bilgilərini paylaşma və varsa, əlindəki sənədləri təslim etmə qarşılığında şahidliyi qəbul edib və həbsxanada yox, təhlükəsiz bir yerdə saxlanır.

Bununla bağlı rəsmi bir açıqlama və ya hər hansı bir məlumat yoxdur.

Türkiyə də Zərrabın vəziyyəti ilə əlaqədar ABŞ-a iki dəfə yazılı məlumat verib. Türkiyənin məlumatlarına ABŞ-ın verdiyi sözlü cavabda Zərrabın səhhətinin yaxşı olduğu bildirilib.

NBC News da mövzu ilə bağlı iki mənbəyə istinad etdiyi xəbərində Zərrabın həbsdən çıxarıldığını və prokurorluq ilə işbirliyində olduğunu bildirib.

Bundan əlavə, prokurorluqla sözləşmə iddialarını və şayiələri gücləndirən bir başqa məqam da var: münsiflərin seçilənə qədər baş tutan hazırlıq proseslərində Zərrab iştirak etməyib.

Hakan Atillanın vəkilləri məhkəməyə təqdim etdikləri sənədlərdə Zərrabın "xüsusilə də" sentyabr ayından bu yana proseslərdə iştirak etmədiyini vurğulayıblar və məhkəməyə çıxma ehtimalının da aşağı olduğunu bildiriblər.

ərrab eləcə də, məhkəmə əsnasında iddiaçının təqdim edəcəyi dəlillərin uyğunluğu barəsində çıxan qərara qarşı etiraz etməyib və münsif üzvlər üçün suallar da təqdim etməyib.

Atillanın vəkillər heyətində yer alan Victor Rocco, Zərrabın məhkəmədən əvvəlki proseslərə gəlmədiyini və "gizləndiyini" deyib. Rocco noyabrın 23-ü baş tutan sonuncu hazırlıq prosesində hakimdən Zərrabın iştirak edib-etməyəcəyini soruşub.

Hakim Berman isə vəkil və prokurorlardan fərqli olaraq, hər suala cavab vermək məcburiyyətinin olmamasını hakimliyin ən yaxşı yanı kimi qiymətləndirərək cavab verib.

Atillanın vəkillər heyətındəki digər vəkil Cathy Fleming də son hazırlıq prosesində məhkəmə nəzarəti altında olan "iddiaçının bir şahidi ilə" bağlı son dərəcə həssas davranması ucbatından işlərin çətinləşdiyini söyləyib.

"Bu şahidin adını sifarişçimizə deməyə imkan verilmir. Belə olduqda çarpaz sorğu üçün gərəkli araşdırmanı da apara bilmirik," Fleming deyib.

Hakim Berman, 14 noyabrdan etibarən müdafiə heyətinə iddiaçının əlində olan bəzi sənədlərin senzuralanmış versiyalarına baxmaq haqqı verib. Burada adı "1-ci Şəxs" kimi keçən bir şahid və ya şübhəli ilə bağlı çıxarılan nəzarət qərarına görə sənədlərin təhlili də məhdudlaşıb.

Məhkəmə iddiaçının əlində olan və ictimaiyyətə açıqlanmayan dəlillərin Atillanın müdafiə heyəti tərəfindən ABŞ-dan kənardakı insanlara göstərilməsi və ya paylanmasına da qadağa qoyub.

Əvvələ dön

Fotonun müəllifi AFP
Image caption Mehmet Hakan Atillanın vəkilləri: Cathy Fleming (solda) ve Victor Rocco (sağda)

Şübhəlilər nədə ittiham olunurlar?

Məhkəmə ilə bağlı bu vaxta qədər dörd ittihamnamə hazırlanıb. Sentyabrın əvvəlində hazırlanan son ittihamnaməyə keçmiş İqtisadiyyat naziri Zafer Çağlayan, Halkbank bankının keçmiş baş icraçı direktoru Süleyman Aslan, Halkbank bankının keçmiş baş direktor köməkçisi Levent Balkan və Zərrabın şirkətlərində işləyən Abdullah Happaninin adının əlavə edilməsi ilə şübhəlilərin sayı doqquza yüksəlib.

Lakin Zərrab prokurorluqla razılığa gələrək daha az bir cəza qarşılığında günahını boynuna alıbsa və yaxud şahid olubsa, yeni bir iddianamənin hazırlanmasına ehtiyac yaranacaq. Bu halda məhkəmə qərarı yeni ittihamnaməyə əsasən veriləcək.

Hələ də qüvvədə olan və sentyabrın əvvəli tərtib olunmuş dördüncü ittihamnamədə adları keçən və ittihamnamə ilə bağlı mətbuatda adları çəkilən şübhəlilərin siyahısı:
Rza Zərrab: 33 yaşı var və Türkiyə və İran vətəndaşıdır. Türkiyədə yaşayır. Royal Holding şirkətlər qrupu və sonradan adı Duru Dövizə dəyişdirilən Durak Döviz də daxil olmaqla Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən bir film şirkətinin sahibi və icraedici direktorudur
Mehmet Hakan Atilla: 47 yaşı var, Türkiyə vətəndaşıdır və burada yaşayır. Halkbank bankının baş direktor köməkçisidir
Mehmet Zafer Çağlayan: 59 yaşı var, Türkiyə vətəndaşıdır və burada yaşayır. 2011-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayına qədər Türkiyənin iqtisadiyyat naziri olub və hazırda millət vəkilidir
Süleyman Aslan: 47 yaşı var, Türkiyə vətəndaşıdır və burada yaşayır. 2014-cü ilin fevral ayına qədər Halkbank bankının baş icraedici direktoru vəzifəsində çalışıb
Levent Balkan: 56 yaşı var, Türkiyə vətəndaşıdır və burada yaşayır. 2013-cü ilin fevral ayına qədər Halkbank bankının baş direktor köməkçisi vəzifəsində çalışıb
Abdullah Happani: 42 yaşı var, Türkiyə vətəndaşıdır və burada yaşayır. Durak Döviz və Duru Döviz işçisidir
Muhammed Zarrab (Can Zarrab): 39 yaşı var, Rza Zərrabın böyük qardaşıdır, Türkiyədə yaşayır, Türkiyə və İran vətəndaşıdır. Türkiyədə yerləşən Flash Döviz və BƏƏ yerləşən Sam Exchange və Hanedan General Trading də daxil olmaqla Türkiyə və BƏƏ-də mənizllənən bir film şirkətinin sahibi və icraedici direktorudur
Camelia Jamshidy (Kameliya Cemşidi): 32 yaşı var, Türkiyədə yaşayır, Türkiyə və İran vətəndaşıdır. Rza Zərraba aid olan Royal Holding və ya əlaqəli şirkətlərin işçisidir
Huseyin Necefzade: 67 yaşı var, İran və BƏƏ-də yaşayır, İran vətəndaşıdır. Mellat Exchange-in baş meneceridir

İttihamnamədə şübhəlilərə qarşı altı ittiham irəli sürülür:

  • ABŞ və xüsusilə də ABŞ Maliyyə Nazirliyini aldatmaq üçün plan qurmaq
  • Beynəlxalq Təcili İqtisadi Güc Qanununu (International Emergency Economic Powers Act) pozmağa cəhd
  • Bank sistemində saxtakarlıq
  • Bank sistemində saxtakarlıq etmək üçün plan qurmaq
  • Pul yuyulması
  • Pul yuyulması üçün plan qurmaq

Zərrab haqqında 90 ilə qədər həbs və 50 milyon dollar pul cəzası və Atilla haqqında 50 ilə qədər həbs və 2 milyon dollar pul cəzası istənilir.

İttihamnamədə eləcə də şübhəlilərin sanksiyaları pozmaq üçün qurduqları sistemdə "İran və Türkiyənin yüksək vəzifəli hökumət üzvlərinin də iştirak etdiyi və bu sistemi qoruduğu" irəli sürülür.

Bundan başqa, Zərrab, Atilla və iş ortaqlarının sanksiyaları pozmaq üçün iki fərqli üsula əl atdıqları bildirilir. Çağlayan və Aslan barəsində isə bu üsulların funksionallığını təmin etmək üçün "dəyəri milyon dollarla ölçülən nağd pul və cavahiratı rüşvət kimi aldıqları" iddia edilir.

İttihamnaməyə görə, sanksiyaları pozmaq üçün tətbiq olunan üsullar "neft qarşılığı qızıl" və "xəyali tranzit ticarət" olaraq qeyd edilir.

İttihamnamədə ilk sistem olan "neft qarşılığı qızıl" üsulunun ən az 2010-cu ildən bəri tətbiq olunması barəsində məlumat yer alır və burada göstərilən məlumata görə, sistem belə işləyir:

Sanksiyalar ucbatından Türkiyə aldığı neft və təbii qaz üçün ödəməli olduğu məbləği İrana birbaşa göndərə bilməyib. Buna uyğun olaraq İran, Türkiyədə yerləşən Halkbank adlı bankda bir hesab açıb. Türkiyə də ödəmələri bu hesaba yatırıb.

Daha sonra, bu hesabdakı pullar Zərrabın şirkətlərinə köçürülüb və bu şirkətlər üzərindən qızıl alınıb. Həmin qızıllar Türkiyədən Dubaya ixrac olunub və burada yenidən pula çevrilib və çantalarda İrana aparılıb.

Beləliklə, sanksiyalar başqa ölkələr üzərində dolayı yollarla pozulub və Aslan və Atilla başda olmaqla Halkbank rəhbərlərinin ABŞ Maliyyə Nazirliyi səlahiyyətli üzvləri ilə qurduqları əlaqələrdə qızıl alqısının İran dövləti tərəfindən yox, şəxslər və şirkətlər tərəfindən həyata keçirildiyi ortaya çıxıb. İttihamnamədə bu öz əksini "yalan bəyanat" vermək kimi tapır.

Eləcə də şübhəlilər, Türkiyədən ixrac edilən qızılın Dubaya deyil, İrana göndərilmiş kimi göstərərək "sənədlərin saxtalaşdırılmasında" günahkar bilinirlər.

İkinci üsulun isə 2012-ci ildə İranın qiymətli metal idxalına yönəlmiş sanksiyaların pozulması ilə birlikdə qüvvəyə mindirildiyi göstərilir. ABŞ-ın yeni tənzimləmələri, İranın başqa ölkəyə satdığı enerji məhsulları müqabilində alacağı ödənişləri yenə o ölkəyə və yalnız qida və ya tibbi məmulat alqısında istifadəsini nəzərdə tutur.

Əvvələ dön

Prokurorlar sübut olaraq ortaya nə qoyurlar?

Prokurorluğun təqdim etdiyi iddialara əsasən, Zərrab və digər şübhəlilər bu dəfə qızıl ixracatı əvəzinə, Türkiyə və Dubay üzərindən İrana buğda ticarəti etməyə başlayıb. İttihamnamədə buğda ticarətinin aparılmadığı və yalnız kağız üstündə göstərilərək İranın hesablarından alınan pulun yenə də Zərraba və iş ortaqlarına aid şirkətlər vasitəsilə təkrar İrana göndərildiyi önə çəkilir.

Prokurorluğun ittihamnaməsində şübhəlilər arasında baş tutan bəzi telefon zəngləri və e-mail yazışmaları yer alır.

Prokurorluq bir növ ortaya atdığı iddiaları, ittihamlarının istinad etdiyi hüquqi tənzimləmələri və bu iddiaları sübut etmək üçün təqdim etdiyi dəlilərlə bağlı bəzi detalların qeyd olunduğu sənədi oktyabrın 30-u məhkəməyə verib.

"Məhkəmə prosesində təqdim ediləcək dəlillərə, qurulan qəsdlərin həyata keçirilməsi məqsədilə aralarında və başqaları ilə apardıqları saysız əlaqə yazıları daxildir," ittihamnamədə deyilir.

Təqdim olunacaq dəlillərə aşağıdakılar daxildir:

  • Şübhəlilərin hesablarının istintaqı nəticəsində əldə olunan e-mail yazışmaları
  • Zərrab və Atillanın telefonlarından əldə edilən elektronik əlaqə yazıları
  • Türkiyə təhlükəsizlik qüvvələrinin şübhəlilərin telefonlarını dinlənməsi vasitəsilə əldə olunan səsyazmalar
  • Şübhəlilərin telefonlarından və Türkiyə təhlükəsizlik qüvvələrinin Zərrabın iş yeri ilə Halkbank arasındakı zənglər əsnasında əldə etdiyi sənədlərin şəkilləri

"Telefon zənglərinin səsyazmaları və kasetləri ilə bərabər, Zərrabın iş yeri ilə Halkbank arasındakı zənglərinin sənədlər əsasında həqiqiliyi və necə əldə olunması, bu barədə məlumatı olan bir və ya daha artıq şahid tərəfindən təsdiq ediləcək," prokurorluğun təqdim etdiyi məlumatda deyilir.

Lakin bu şahid və ya şahidlərin kimliyinə dair hər hansı bir məlumat verilmir.

Eyni məlumatın başqa bir qismində 2013-cü ilin 17 dekabrında Türkiyədə təşkil olunan korrupsiya iddiaları ilə əlaqədar bir əməliyyatda Zərrab, Aslan və Happaninin nəzarət altına alındığı diqqətə çatdırılır: "Bu istintaq Türkiyə hökuməti içində mühüm miqdarda və yüksək səviyyədə korrupsiyanın ortaya çıxarıb və bu səbəbdən də istintaqda yer alan təhlükəsizlik işçiləri ilə prokurorlara qarşı cəld və sərt bir şəkildə hərəkətə keçilib," deyilir.

Məlumatda Zərrabın həbsindən sonra, 2014-cü ilin fevralında sərbəst buraxıldığı və haqqındakı ittihamların 2014-cü ilin iyulunda aradan qaldırıldığı vurğulanır. Bu vəziyyətin isə Zərrab və Halkbanka "saxta qida ticarətlərini davam etdirmək" üçün şərait yaratdığı göstərilir.

2013-cü ilin dekabrın 17-də korrupsiya iddiaları ilə bağlı aparılan əməliyyat çərçivəsində polis tərəfindən qeydə alınan telefon zənglərinin mühüm bir hissəsinin ABŞ-dakı ittihamnamədə yer aldığı görünür.

Bununla birlikdə ittihamnamədə şübhəlilərin öz aralarında və ya başqaları ilə danışdıqları, lakin Türkiyədəki polis məlumatlarına daxil olmayan zənglər də var.

Əvvələ dön

Fotonun müəllifi Getty Images
Image caption Rudolph Giuliani'nın (solda) adı Trump adminstrasiyasında ədliyyə naziri vəzifəsinə hallanmışdı

Bu işin siyasi tərəfləri nələrdir?

Zərrabın Türkiyədə bəzi siyasətçilərlə əlaqə qurması və prosesdə keçmiş bir nazirin adının çəkilməsi də məsələyə siyasi bir görünüş verir.

Aparılan əvvəlki məhkəmələrdə Zərrab Türkiyədəki yüksək vəzifəli siyasətçilərlə olan əlaqələri və yardım fəaliyyətlərini nüfuzlu iş adamı olması ilə bağlayıb. Prokurorluq isə Zərrabın bu əlaqələrdən qeyri-qanuni fəaliyyətlərini aparmaq və istintaqlardan yaxa qurtarmaq üçün istifadə etdiyini irəli sürür.ma məhkəmənin siyasi imic qazanmasında əsas rolu Zərrabın aprel ayında New York-un keçmiş bələdiyyə başçısı və ABŞ prezidenti Donald Trump-ın yaxın müttəfiqlərindən biri Rudolph Giuliani ilə keçmiş prezident George W. Bush dövründə ədliyyə naziri Michael Mukasey-i də müdafiə heyətinə daxil etməsi oynayıb.

Şəkil: Rudolph Giuliani-nin (solda) adı qısa bir müddət Trump administrasiyasının Ədliyyə Nazirliyində çəkilib

Siyasi əlaqələri çox güclü olan bu iki nəfərin müdafiə heyətinə daxil olub-olmayacağına dair proseslərdə isə bəzi mühüm detallar ortaya çıxıb.

Giuliani məhkəməyə təqdim olunan andlı yazılı ifadəsində belə deyib:

"Verdiyimiz xidmətlər tam olmasa da, əsasən, ABŞ ilə Türkiyə arasında ABŞ-ın beynəlxalq təhlükəsizliyini təmin edəcək və cənab Zərrabın xeyrinə olacaq bir neçə anlaşmanın hissəsi kimi işləməyə köklənəcəkdir... Bu xidmətlər həm ABŞ, həm də Türkiyə dövlətinin yüksək vəzifəli simaları ilə iclas və ya görüşü əhatə edir və irəlidə də əhatə edəcəyi zənn edilir."

Giuliani bu məqsədlə görüşülən Türkiyəli siyasətçilər arasında prezidenti Recep Tayyip Erdoğanın da olduğunu açıqlayıb.

Mukasey isə andli ifadəsində söyləyib:

"ABŞ-lı və Türkiyəli dövlət rəsmiləri, ABŞ-ın təhlükəsizliyini artıracaq və bu məhkəmənin mövzusu olan məsələlərin həlli üçün razılığa açıqdır".

New York Times qəzeti həmin vaxt yaydığı bir xəbərdə Giuliani və Mukasey-in Zərrab ilə bağlı istintaq müddətini müzakirə etmək üzrə Türkiyəyə getməsi və Erdoğan ilə görüşməsini "qeyri-adi bir hal" kimi qyimətləndirmişdi.

BC News da ötən günlərdə bu barədə bir xəbər yayıb. Xəbərdə deyilir ki, Erdoğanın ABŞ-ın keçmiş prezident köməkçisi Joe Biden ilə baş tutan görüşündə işin aradan qaldırılmasını və o dövrdə New York Cənub Bölgəsi prokuroru olan Preet Bharara-nın vəzifəsindən kənarlaşdırılmasını istəyib, lakin tələbləri rədd edilib.

Eyni xəbərdə birdən artıq mənbəyə istinadən bildirilib ki, Erdoğanın Trump administrasiyasından da işin qaldırılmasını dəfələrlə tələb edib.

Son olaraq yenə eyni xəbərdə Türkiyənin Trump-ın keçmiş Beynəlxalq Təhlükəsizlik Müşaviri Michael Flynn-ə Zərrab işinin qaldırılması və 15 iyun 2016-cı ildə baş tutmayan çevriliş cəhdini planlamaqda günahlandırılan Fetullah Gülenin qaçırılaraq İmralı adasına gətirilməsi üçün 15 milyon dollar təklif etdiyi də iddia edilib.

İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə iddia edilən proseslərin ümumi maddi ölçüsünə aid hər hansı bir rəqəm yer almır.

Yalnız şübhəlilərin "milyardlarla dollarlıq" əməliyyatlar həyata keçirdiyi göstərilib. Bundan əlavə, Çağlayan və Aslanın "milyonlarla dollar dəyərində nağd pul və cavahiratı rüşvət olaraq aldıqları" iddiası da önə çəkilib.

Prokurorluq 2012-ci ilin dekabrı 2013-cü ilin oktyabrı arasında qızıl ticarət ilə əlaqədar olaraq ABŞ-dakı maliyyə qurumlarının bu ölkədə yerləşən müxbir hesabları vasitəsilə həyata keçirildiyi əməliyyat miqdarının ən az 900 milyon dollar olduğunu bildirir.

Məhkəməyə təqdim olunan sənədlərdə Dubaya ixrac edilən qızılların nağd pula çevrilib, İrana aparılması ilə bağlı iddialara misal olaraq, təkcə 2011-ci ilin sonunda Zərrab və iş ortaqlarının ABŞ-ın sanksiya tətbiq etdiyi İranın maliyyə qurumlarından biri olan Mellat Bank hesablarına bir dəfəyə 1 milyard dollar və 400 milyon avro köçürdüyü göstərilir.

Columbia Universitetindən David L. Phillips də keçən həftə ərzində New York Review of Books üçün qələmə aldığı məqalədə, Federal Təhqiqat Bürosundan (FBI) bir agentin istintaq əsnasında Zərrab üçün hər həftə bir ton qızıl ixrac etdiyi və qarşılığında 15 faiz komissiya aldığı iddiasının da araşdırıldığını yazıb.

İran sanksiyaları mövzusunda çox sayda araşdırmaya imza atan Vashingtonda yerləşən beyin mərkəzi The Foundation for Defense of Democracies-in (FDD) baş icraçı direktoru Mark Dubovitz də 2012-ci ilin martı və 2013-cü ilin iyulu arasında Türkiyənin İrana təxminən 13 milyard dollarlıq qızıl ixrac etdiyini və illik olaraq bu rəqəmin 20 milyard dollara çata biləcəyini söyləyir.

Əvvələ dön

Fotonun müəllifi Getty Images

Prosesdə maddi əməliyyatların ölçüsü nə qədərdir?

Aparılan əməliyyatların maddi ölçüsü ilə bağlı başqa bir göstərici də rəsmi rəqəmlərdir.

Reuters-in Enerji Bazarı Tənzimləmə Qurumunun (EBNQ) məlumatlarına əsasən, 2014-cü ilin hesablamaları Türkiyənin 2012-ci ildə İrandan aldığı neft və təbii qazın dəyəri 10 milyard dollardan çox olduğunu göstərib.

Türkiyə Statistik Qurumundan (TSQ) əldə edilən məlumatlara görə isə 2011-ci ildə İrana ixracatı 1 ton olan qızıl, 2012-ci ildə təqribən 126 tona yüksəlib və bunun dəyəri də təxminən 6.5 milyard dollar olaraq hesablanır. Əlavə olaraq, eyni ildə Türkiyənin BƏƏ-yə etdiyi qızıl ixracı da 85 ton və 4.6 milyard dollar olub.

Prokurorluğun iddiasına görə, qiymətli metal ticarəti üzərindəki sanksiyaların artırılmasından sonra pullar İrana "xəyali tranzit buğda ticarəti" ilə göndərilməyə başlanıb.

Zərrab 2014-ci ilin aprelində AHaber-ə verdiyi müsahibəsində buğda və dərman satışına başladıqdan sonrakı dörd ayda təxminən 1.6 milyard dollarlıq ticarət həyata keçirdiklərini söyləmişdi.

Əvvələ dön

Bu barədə daha geniş