Yeni Zelandiyada bütöv bir ev zibil kimi tullanıb

The house dumped on land outside Auckland Fotonun müəllifi Newshub
Image caption Rod Bray problemin öhdəsindən necə gəlmək yolları üzərində düşünür.

Yeni Zelandiyada abadlaşdırılma işləri ilə məşğul olan şirkət bütöv bir evi zibil kimi əraziyə tullayan adamları tapmağa kömək edən məlumat üçün mükafat təyin edib.

Bayır divarlarının üzü başdan-ayağa qraffiti ilə cızma-qara edilmiş və atılmış birmərtəbəli ev sahədə təxminən bir həftə əvvəl peyda olub.

Yeni Zelandiyanın cənubunda yerləşən Takanini məntəqəsindəki həmin ərazi ticarət mərkəzinin tikintisi üçün təmizlənib hazırlanmışdı, Newshub vebsaytı xəbər verib.

Güman edildiyinə görə, bu tikili əraziyə yük maşınında daşınıb.

"Northbridge mülkləri" şirkətinin əməkdaşı Rod Bray, Newshub saytına bildirib ki, evi tullayanlar, çox güman ki, bu yolla binanın sökülməsi və evin qalıqlarının yığışdırılması xərclərinə qənaət etmək istəyiblər.

"Ya bunu sökməlisən, ya da yığışdırıb harasa atmalısan", - Rod Bray bildirib.

Onun sözlərinə görə, binanı ərazidən yığışdırmaq onun şirkətinə təxminən $13,800 məbləğə baha başa gələcək.

Bu əməli edənlərin tapılmasına gətirib çıxaracaq məlumat üçün $690 təklif olunub.

Rod Bray deyir ki, əgər həmin adamlar evi ərazidən özləri yığışdırsalar, onda onlara qarşı növbəti cəza addımları atılmayacaq, Papakura Courier xəbər verir.

"İlk dəfədir ki, bütov bir evin zibil kimi tullandığını görürəm", - Rod Bray deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş