Papa rohinca müsəlmanlarına: "Sizi incidən hər kəs adından sizdən üzr istəyirəm"

The Pope meets Royingya refugees Fotonun müəllifi Reuters

Roma Papası Asiyaya səfəri zamanı ilk dəfə olaraq müsəlman qaçqınlara birbaşa, rohinca deyərək müraciət edib.

Papa Banqladeş paytaxtı Dəkkədəki dinlərarası görüşündə 16 müsəlman qaçqına bunları deyib: "Bu gün Allahın mövcudluğu da rohinca adlanır".

O, rohincaları etnik qrup hesab etməyən Myanmaya əvvəlki səfərində rohinca" sözüdən istifadə etməmişdi.

"Sizi təqib edən, incidən hər kəs adından sizdən üzr istəyirəm", - Papa Fransis qaçqınlara deyib.

"Üzrümüzü qəbul etməyiniz üçün sizin geniş qəlblərinizə müraciət edirəm", Papa deyib.

Ropa Papası Myanmada bu sözü istifadə etmədiyinə görə insan haqları qruplarının tənqidinə məruz qalmışdı.

Avqust ayından bəri təxminən 620 000 rohincalı qaçqın Myanmadan köçüb.

Myanma hökuməti rohinca terminini qəbul etmir və bu icmanı "benqallılar" aslandırır.

Hökumətin bildirdiyinə görə onlar Banqladeşdən qanunsuz olaraq bu ölkəyə köçüblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş