Əfqanıstan prezidenti qadın baş örtüyü mövzusuna toxunduğuna görə qadınlardan üzr istəyib

Ashraf Ghani Fotonun müəllifi Getty Images
Image caption Əşrəf Qani fikrinin düzgün başa düşülmədiyini bildirib.

Əfqanıstan prezidenti şərhində ənənəvi qadın baş örtüyü mövzusuna toxunduğuna görə Əfqanıstan qadınlarından üzr istəyib.

Şənbə günü, prezident Əşrəf Qani bəzi hökümət rəsmilərinin guya İŞİD ilə əlaqəsi olmalarına dair iddialara cavab verərkən qadın baş örtüyü məfhumundan istifadə edib.

O deyib ki, İŞİD ilə əlaqə barədə iddialar irəli sürənlər ya bunu sübut etməlidir, və ya başlarına yaylıq bağlamalıdır.

Prezidentin bu kəlməsini Əfqanıstanın qadın fəalları "seksist" kəlmə kimi başa düşərək, buna mənfi reaksiya göstərib.

Prezident Qani sonradan, işlətdiyi cümlədən özünü təhqir olunmuş hesab edənlərə müraciət edərək. onlardan üzr istəyib.

Əşrəf Qani fikrinin düzgün başa düşülmədiyini bildirib.

Prezident Sarayının yaydığı bəyanatda prezident Qaninin ölkədə "qadın hüquqlarının ardıcıl müdafiəçisi olduğu" vurğulanıb.

Bəyanatda qeyd edilib ki, "yaylıq" sözünü işlətməklə prezidentin, qadınlara və onların ölkdəki nüfuzuna kölgə atmaq niyyəti olmayıb.

Əfqanıstanda ədəbiyyat sahəsində fəaliyyət göstərən qadınlara yardım edən Azad Qadın Yazıçıları təşkilatı prezident Qaniyə Facebook vasitəsilə cavab verib.

"Əgər prezident qadın olmağı və ya qadınlığı bir eyib sayırsa, onda Əfqanıstan qadını üçün ümid yeri kim olmalıdır?" - qadınlar yazıb.

Əfqanıstan parlamentinin üzvü Fəvziyə Küfi isə "başında yaylığı olduğuna görə fərəh hissi keçirdiyini" Twitter səhifəsində qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş