Misir syasətçisi Əhməd Şəfiq deportasiya olunduqdan sonra "yoxa çıxıb"

Ahmed Shafiq, pictured in a dark suit and tie in front of a large photo of his own face, in a 2012 photo Fotonun müəllifi AFP
Image caption Əhməd Şəfiq, deyildiyinə görə, BƏƏ-dən Qahirəyə deportasiya olunduqdan sonra, yoxa çıxıb.

Misirin keçmiş Baş naziri, Əhməd Şəfiqin ailəsi bildirib ki, o, BƏƏ-dən deportasiya olunduqdan sonra yoxa çıxıb.

Keçmiş Baş nazirin ailəsi deyib ki, "o, Qahirəyə gəldikdən sonra naməlum təhlükəsizlik rəsmilərinin himayəsi ilə yoxa çıxıb".

Əhməd Şəfiq BƏƏ-də 5 il ərzində mühacirətdə yaşadıqdan sonra şənbə günü deportasiya olunub.

Şənbə günü Əhməd Şəfiqin qızı Reuters agentliyinə bildirib ki, ailəsi "onun oğurlandığını zənn edir".

Əhməd Şəfiq gələn il Misirdə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini bildirkdən qısa müddət sonra BƏƏ-dən deportasiya olunub.

Onun hansı əsasda BƏƏ-dən deportasiya olunduğu aydın deyil.

Keçmiş Baş nazirin ailəsi və vəkili onunla əlaqə yarada bilmədiklərini bildirib.

Əhməd Şəfiq BƏƏ-yə 2012-ci ildə, Misirdə keçirilən prezident seçkilərini Məhəmməd Morsiyə uduzduqdan sonra gəlib.

Məhəmməd Morsi höküməti korrupsiya ittihamı ilə Əhməd Şəfiqə qarşı həbs göstərişi çıxarıb.

Bundan sonra isə, Morsi höküməti Misir hərbiyyəsi tərəfindən devrilib, hakimiyyətə Əbdül Fəttah əs-Sisi gəlib, və nəticədə, Əhməd Şəfiq ona qarşı sürlmüş ittihamla bağlı bəraət qazanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş