İordaniya ABŞ-ı Qüdsü İsrailin paytaxtı olaraq tanımamağa çağırıb

The Israeli flag flutters in front of the Dome of the Rock mosque and the city of Jerusalem, on December 1, 2017. Fotonun müəllifi AFP
Image caption Israil Yerus'limi özünün bölünməz paytaxtı olaraq görür, lakin fələstinlilər Şərqi Yerusəlimi gələcək dövlətlrinin paytaxtı olmasını istəyirlər

İordaniyanın xarici işlər naziri Ayman Safadi ABŞ-ın Qüds (Yerusəlim) şəhərinin İsrailin paytaxtı olaraq tanıdığı halda "təhlükləli nəticələr"in baş verəcəyini deyib.

O, bu cür hərəkətə ərəb və müsəlman dünyasında qəzəbli reaksiya olacağını ABŞ dövlət katibi Rex Tillerson-a telefon zəngində bildirdiyini deyib.

Son zamanlar spekulyasiya yaranıb ki, ABŞ prezidenti Donald Trump seçki kampaniyasında vəd etdiyi kimi Yerusəlimi İsrailin paytaxtı olaraq tanımağa hazırlaşır.

Donald Trump-ın kürəkəni Jared Kushner, hələlik bu barədə heç bir qərarın verilmədiyini bildirib.

ABŞ Dövlət Departamentindən bununla bağlı rəsmi reaksiya olmayıb.


Həmçinin oxuyun:


Fotonun müəllifi AFP
Image caption Hazırda ABŞ-ın İsrailə səfirliyi Tel Aviv şəhərində yerləşir

Fələstin Ərazilərinin prezidenti Mahmud Abbas ehtimal olaraq, beynəlxalq liderlərə müraciət edərək cənab Trump-ı bu addımdan uzaqlaşdırmaqda kömək istəyir.

Prezidentin ofisi onun bazar günü Fransa prezidenti Emmanuel Macron və Türkiyə prezidenti Recep Tayyip Erdoğanla da söhbət etdiyini deyib.

Fələstinli liderlər bundan əvvəl xəbərdarlıq ediblər ki, bu addım Fələstin-İsrail münaqişəsində "iki dövlət həllinə" böyük təhlükə yarada bilər.

1967-ci ildəki Yaxın Şərq müharibəsindən etibarən Şərqi Yerusəlim İsrailin nəzarətindədir. 1980-cı ildə İsrail ərazini ilhaq edib.

İsrail Yerusəlimi özünün daimi və bölünməmiş paytaxtı olmasını istəyir. Lakin fələstinlilər Şərqi Yerusəlimi gələcəkdə yaranacağına ümid bəslədikləri dövlətlərinin paytaxtı olmasını istəyirlər.

1948-ci ildən bəri ABŞ prezidentləri və hökumətləri Yerusəlimin statusunun danışıqlar nəticəsində həll olunacağı mövqeyini tutublar.

Keçən ilin seçki kampaniyasında cənab Trump İsraili dəstəklədiyini bildirərək prezidentliyinin ilk günündən ABŞ-ın İsraildəki səfirliyini Tel Avivdən Yerusəlimə köçürəcəyini vəd etmişdi.

Cənab Trump bu addımı hələ ki, atmasa da, son günlərdə spekluyasiya yaranıb ki, o, bu qərarı çərşənbə günü bəyan edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş