Qüds bəyanatına görə dünya Trump-ı tənqid edir

US President Donald Trump delivers a statement on Jerusalem from the Diplomatic Reception Room of the White House in Washington, DC on December 6, 2017 Fotonun müəllifi AFP
Image caption Donald Trump qərarının "doğru addım" olduğunu deyib

Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı olaraq tanıması nəticəsində ABŞ-ın ənənəvi müttəfiqləri də prezidenti təndiq edən səslərə qoşulublar.

Səudiyyə Ərəbistanı cənab Trump-ın qərarını "əsassız və məsuliyyətsiz" adlandırıb. Fransa və Britaniya isə onun bu addımını dəstəkləmədiklərini bəyan ediblər.

Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bunun "tarixi bir gün" olduğunu deyərək, digər ölkələri də Yerusəlimi İsrailin paytaxtı olaraq tanımağa çağırıb.

Prezident Trump-ın qərarı fələstinlilər və İsrail arasında ən mübahisəli mövzu üzərində ABŞ-ın onlilliklərlə mövcüd olan siyasətinin tam əksinə çıxıb.


Həmçinin oxuyun:


Fələstin lideri Mahmud Abbasın partiyası bu "acınacaqlı" qərar barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edəcəyini deyib. İslamçı Həməs hərəkatı isə fələstinliləri yeni intifada-ya və ya qıyamətə çağırıb.

BMT Təhlükəsizlik Şurasının 15 üzvündən səkkizinin çağırışı ilə, qurum cümə günü ABŞ-ın qərarını fövqəladə iclasda müzakirə edəcək. Ərəb Dövlətləri Liqası isə şənbə günü bu qərarı müzakirə etmək üçün toplaşacaq.

Trump nə deyib?

Çərşənbə günü ABŞ prezidenti bildirib: "Mən qərar vermişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı olaraq tanımağın vaxtı gəlib çatıb."

"Mən bunun ABŞ-ın, eləcə də İsrail və fələstinlilər arasında sülhün axtarışı üçün ən yaxşı qərar olduğu qənaətinə gəlmişəm", o, deyib.

Prezident həmçinin ABŞ Dövlət Departamentinə ABŞ-ın səfirliyini Tel Avivdən Yerusəlimə köçürməyə dair hazırlıqlara başlamağa göstəriş verdiyini bəyan edib.

Nəticədə regionda iğtişaşlara səbəb olacağı barədə xəbərdarlıqlara baxmayaraq, bu qərarla prezident seçki kampaniyası ərəfəsində verdiyi vədi və öz sağçı tərəfdarlarının arzularını yerinə yetirib.

O, deyib ki, Yerusəlimi İsrailin paytaxtı olaraq bəyan etmək "sadəcə reallığı tanımaqdır".

"Bu da doğru addımdır", o, əlavə edib.

Cənab Trump eyni zamanda İsrailli-Fələstin münaqişəsinin həllində ABŞ-ın hələ də iki dövlət həllini dəstəklədiyini qeyd edib.

Əgər razılıq olarasa, iki dövlət həlli fələstinlilərin də dövlətinin yaranmasını nəzərdə tutur.

Fotonun müəllifi AFP
Image caption Qəzza zolağında fələstinli gənclər təkərlər yandırıblar (7dekabr 2017)

İsraillilər və fələstinlilər nə deyir?

Donald Trump-ın bəyanatından sonra İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin dərindən minnətdar olduğunu tvitləyib: "Üç minillikdir ki, Yerusəlim bizim arzualarımızın, xəyallarımızın və dualarımızın mərkəzidir."

Cümə axşamı günü, o, digər ölkələrin də eyni qərara gələcəyini ehtimal edərək, prezident Trump-ın özünü "bu paytaxtın tarixinə daimi" yazdığını deyib.

Respublikaçı Yəhudi Koalisiyası New York Times qəzetində bir reklam verərək prezidentə təşəkkürünü çatdırıb.

Lakin fələstinlilərdə bu qərara münasibət tamamilə fərqli olub - bütün gün keçiriləcək etiraz aksiyaları və tətillər planlaşdırılıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Viflehemdə toqquşmalar

Qəzza zolağını idarə edən İslamçı Həməs hərəkatının lideri fələstinliləri yeni intifadaya və ya qiyama çağıraraq bunun İsrail və ABŞ-a qarşı durmağın yeganə yolu olduğunu deyib.

Fələstinli prezident Mahmud Abbas isə cənab Trump-ın qərarının "acınacaqlı" olduğunu və Qüdsün (Yerusəlimin) "Fələstin dövlətinin əbədi paytaxtı" olduğunu deyib.

Cənab Abbasın Fətah partiyası isə ABŞ-ı bu qərarını ləğv etməyə çağırıb və ABŞ-ı sülh prosesinin həmsponsoru siyahısından çıxarmağa çağıran bir BMT qətnaməsi uğrunda səy göstərəcəyini deyib.

Dünya nə deyir?

ABŞ-ın müttəfiqləri daxil olmaqla, ərəb və müsəlman ölkələri cənab Trump-ın bəyanatını tənqid ediblər.

Artıq ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki konsulluğu önündə etiraz aksiyası keçirilib.

"ABŞ-ın qərarı sülh prosesini irəlilətmə səylərinin ciddi zəifləməsi deməkdir və ABŞ-ın Qüds üzrə tarixən neytral mövqeyini pozur", Səudiyyə krail ailəsi bəyan edib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Qərn Sahilində fələstinli etirazçılar Donald Trump-ın şəkillərini yandırıblar

Malaziyanın Baş naziri Najib Razak müsəlmanları ABŞ-ın qərarına qarşı olduğuqlarını "aydın şəkildə göstərməyə" çağırıb.

BMT Baş katibi Antonio Guterres isə bunu "ciddi narahatlıq anı" adlandırıb. O, iki dövlət həllinə alternativin olmadığını vurğulayıb.

Digər reaksiyalarda isə:

  • Britaniya Baş naziri Theresa May deyib ki, o, ABŞ-ın qərarı ilə razılaşmır və ABŞ-ın qərarı "regionda sülh perspektivləri baxımından xeyirli deyil".
  • Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron ölkələrinin ABŞ-ın bu addımını dəstəkləmədiklərini bəyan ediblər.
  • Avropa İttifaqının ən mühüm diplomatı Federica Mogerini isə ABŞ-ın qərarına dair "ciddi narahatlıq" hiss etdiyini deyib.

ABŞ-ın qərarın nə üçün mühümdür?

Cənab Trump-ın bəyanatı ABŞ-ı Qüdsün statusu ilə bağlı beynəlxalq cəmiyyətlə üz-üzə qoyub.

Fələstinlilər Şərqi Qüdsün gələcəkdə yaranacaq dövlətlərinin paytaxtı olduğunu deyirlər.

1993-cü ildə imzalanmış İsrail-Fələstin sülh razılaşmasına əsasən şəhərin yekun statusu sülh danışıqlarının sonuncu mərhələlərində müzakirə olunmalıdır.

İsrailin Qüds üzrə suverenliyi beynəlxalq cəmiyyət tərəfindən heç zaman tanınmayıb və bütün ölkələrin səfirlikləri Tel Aviv şəhərində yerləşir.

Yerusəlim şəhəri İudaizm, İslam və Xristianlıq üçün müqəddəs abidələr və yerlərə sahibdir.

Qədim Şəhər daxilində olan Şərqi Yerusəlim İsrail tərəfindən 1967-ci ildəki Altı Günlük Müharibədən sonra ilhaq edilib, lakin şəhərin bu qismi heç zaman İsrailin ərazisi kimi tanınmayıb.

Bu barədə daha geniş