Fələstin ABŞ vitse-prezidenti ilə əvvəldən planlaşdırılan görüşdən imtina edir

Fotonun müəllifi AFP
Image caption Fələstinlilərlə İsrail ordusu arasında toqquşmalar olub

ABŞ Fələstini vitse-prezident Mike Pence ilə danışıqları ləğv etməməyə çağırlb.

Rəsmi Vaşinqton bunun danışıqların "zərərinə" ola biləcəyini vurğulayıb.

Vaşinqton Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyandan sonra Fələstin bildirib ki, Mike Pence ilə görüşdən imtina edir. ABŞ vitse-prezidenti bu ay Fələstinə səfər etməlidir.

Dekabrın 8-də Ağ Ev bildirib ki, vitse-prezident "hələ də Mahmoud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı".

Mike Pence bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir.

Mahmoud Abbas özü hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Fotonun müəllifi AFP
Image caption Ramallah yaxınlığında etirazçı fələstinlilər 7 Dekabr 2017

Fələstinlilərlə İsrail ordusu arasında toqquşmalar olub

Prezident Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar olub.

Hərbçilər təkər yandıran və daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələr atıblar.

Qəzza zolağında və İordaniya çayının qərb sahillərində azı 31 fələstinli yaralanıb.

Fələstindəki Hamas islam qruplaşması yeni üsyana çağırıb.

Israil Qərb sahilləri boyunca çoxlu qoşun yerləşdirir.

Vaşinqtonun bir çox müttəfiqi olan dövlətlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə razılaşmayıb bu qərarı tənqid ediblər. BMT Təhlükəsizlik Şurası və Ərəb Liqası yaxın günlərdə bu məsələnin müzakirəsi üçün toplaşacaqlar.

Bu barədə daha geniş