Qambiya öz ərazisində Rusiyaya aid "ada imperiyasının" yaradılacağı xəbərini təkzib edib

Planned Romanov Empire islands in The Gambia Fotonun müəllifi Romanov Empire website
Image caption Bakovun yaratmaq istədiyi süni adanın Qambiyanın Tanji kəndinin yaxınlığında yerləşəcəyi nəzərdə tutulmuşdu.

Afrikanın Qambiya dövləti Rusiyanın Sibir diyarından olan və Rusiya monarxiyasını bərpa etməyə çalışan biznesmenə ərazisinin bir hissəsini satmaq planları barədə xəbərləri təkzib edib.

Qambiya bildirb ki, Anton Bakov adlı Sibir biznesmeni ilə "heç bir memorandum imzalanmayıb".

Bu xəbər Qambiya prezidentinin vebsaytında dərc olunub.

Özünü "Romanovlar İmperiyasının" təmsilçisi və "baş kansler" kimi qələmə verən biznesmen Anton Bakov, Rusiya monarxiyasını bərpa etməyi qarşısına məqsəd qoyub.

Bu yaxınlarda Rusiyanın Yekaterinburq şəhərində mətbuat konfransı keçirən Bakov jurnalistlərə bildirib ki, Qambiya Bijol adalarına aid olan ərazidə Romanov İmperiyasının mikrodövlət formatında qurulması üçün süni ada yaradılmasına razılıq verib və bu barədə ikitərəfli sənəd də imzalanıb.

Dəyəri $60 milyon dollar (təxminən 102 milyon manat) olan layihə çərçivəsində süni adada St Nicholas adlı şəhərin salınacağı da nəzərdə tutulub, Rusiyanın Aif.ru nəşri xəbər verib.

Lakin Qambiya höküməti Anton Bakovla belə bir sənədin imzalanmasını təkzib edib.

Qambiyanın hökümət hüquqşünasları Romanovlar İmperiyasının "real dövlət olmadığından....beynəlxalq sazişlərdə iştirak etmək hüququna malik olmadığını" qeyd edib.

Qambiya prezidentinin vebsaytında bildirildiyinə görə, bu səbəbdən, Anton Bakovun planı rədd edilib.

Fotonun müəllifi Romanov Empire website
Image caption St Nicholas şəhərinin layihəsi.

Rusiya Dumasının keçmiş üzvü Anton Bakov 2011-ci ildə "prezident Puritinin rejimindən narazı olanlar üçün" Romanovlar İmperiyasının mikrodövlətini yaratmaq planını açıqlayıb.

Bakov bu yaxınlarda bir sıra ölkələrə, o cümlədən, Sakit Okeanda Kiribati dövlətinə planını gerçəkləşdirmək üçün uyğun ərazi ayrılması xahişi ilə müraciət edib, lakin rədd cavabı alıb.

Amma Qmbiyadan da alıdığı son rədd cavabının onu həvəsədn salacağına, deyəsən, bənzəmir.

Belə ki, Yekaterinburqda keçirdiyi mətbuat konransında Anton Bakov jurnalistlərə bildirb ki "yumurtaların hamısını heç vaxt bir səbətə yığmır".

Fotonun müəllifi Anton Bakov/Wikimedia Commons
Image caption Anton Bakov (soldan) Rusiya İmperiyasını bərpa etmək planlarını müzakirə edir.

Xəbər Alistair Coleman Martin Morgan tərəfindən hazırlanıb.

Bu barədə daha geniş