ABŞ-da sürət qatarı relsdən çıxaraq avtomobil yoluna aşıb

Image showing two carriages off the rails, one on top of the other, on a road in Washington State Fotonun müəllifi Trooper Brooke Bova/Washington State Patrol
Image caption Hadisə yeri: Qatar yolundan çıxıb

ABŞ-da sürət qatarı aşıb, ölənlər var, rəsmilər deyirlər.

Hadisə həftənin birinci günü Vaşinqtonda baş verib.

Fotonun müəllifi Pierce County Sheriff's office
Image caption Hadisə yeri: Vaqonun bir parçası qoparaq kənara düşüb

72 adamın hospitalıa aparıldığı bildirilir. Onların bəzilərinin vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı gözlənir.

Qatar relsdən çıxaraq magustral yola aşıb. Bir neçə nəqliyyat vasitəsi: beş minik və iki yük maşını əzilib.

Fotonun müəllifi Reuters
Image caption Dəmiryolu xətti körpüdən keçirdi, qatarda elə burda aşıb.

Amtrak dəmiryolu şirkəti bu xətt yeni istifadəyə veribmiş və bu, xətlə yola salınan ilk sərnişin dolu qatar imiş.

Rəsmilər əvvəlcə Associated Press-ə azı 6 adamın öldüyünü deyiblər.

Fotonun müəllifi Reuters
Image caption Qatarda 86 sərnişin olub, onlardan 6-nın öldüyü deyilir

Qatarda 86 sərnişin olub, onlardan 7-si Amtrak-ın heyət üzvüdür.

Əlaqəli mövzular

Bu barədə daha geniş