Fələstinli qız İsrail əsgərinin "şillələnməsi" videosundan sonra həbs olunub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Fələstnli qız İsrail əsgərinin "şillələnməsi videosundan" sonra həbs olunub

Qərb Sahilində fələstinlilərin etiraz aksiyası zamanı, videoda İsrail əsgərini vurduğu əks olunduğu fələstinli qız İsrail təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

17 yaşlı Əhed Təmimi zorakı üsyanda iştirak etməkdə ittiham olunub.

Cümə günü çəkilmiş videoda bir qrup qadının iki əsgərin üstünə qışqırdığı və onları vurduqları əks olunub.

Həbs olunmuş qızın atası bildirib ki, hadisədən əvvəl əsgərlər onların evinə gözyaşardıcı qaz qumbarası atıb və pəncərələri qırıblar.

Tanınmış fəal Bəssim Təmimi bildirib ki, həmin gün, hadisədən əvvəl, Əhedin 14 yaşlı qohumu Məhəmədi İsrail əsgərlərini üzündən rezin güllə ilə vurmuşdu.

Məhəmməd, xəbərlərə görə, Nəbi Saleh kəndində hər həftə keçirilən etiraz aksiyaları zamanı yaralanıb.

İsrail əsgərləri 200-dən artıq fələstinlinin daş atdığını bildirib.

İsrail ordusu deyib ki, videoya düşən insident zamanı iki əsgər, onlara qarşı edilən hərəkətə eyni tərzdə cavab verməyərək, özlərini peşəkarcasına aparıblar.

Videoda Əhed adlı qız əsgərlərə deyir ki, onun evinin girəcəyini tərk etsinlər.

Onlar bunu etmədikdə, qız onları vurur və təpikləyir.

Bəssim Təmimi özünü Facebook səhifəsində çərşənbə axşamı yazıb ki, İsrail mediasında onun qızına qarşı hücumlardan sonra, İsrail qüvvələri onun evinə basqın edərək, qızını həbs ediblər.

Videodaya düşən iki əsgərlə bağlı Bəssim Təmimi bunları yazıb: "Onların həmin anda rəftarı humanist görünə bilər, lakin həmin gün ərzində baş verənləri ümumilikdə götürəndə, onların rəftarı humanist olmayıb. Mən qızımın hərəkətindən qurur duyuram".

İki il bundan əvvəl, Əhed Təmimi, İsrail hərbiyyəsinin iddiasına görə, daş atmaqda ittiham olunan qardaşının həbsinə mane olmağa səy göstərdiyi an İsrail əsgərinin əlinin dişləməsi də videoya düşmüşdü.

Həmin video o zaman geniş yayılmışdı.

Fələstin fəalları qızın hərəkətini alqışlayıb, lakin İsraildə çoxları hesab edir ki, ailəsi ondan təbliğat vasitəsi kimi istifadə edir.

Bu barədə daha geniş