2017-nin çaşdırıcı rəqəmləri

2017-ci il baş verən hadisələrin nəzərdən keçirilməsinin bir yolu da həmin olaylara rəqəmlər prizmasından baxmaqdan ibarətdir.

37min 993

Yanvar-oktyabr aylarında ABŞ-ın koalisiyası tərəfindən İraq və Suriyada İŞİD qüvvələrinin mövgeyinə atılmış bombaların sayı.

Rusiya da hər iki ölkədə çoxsaylı hava əməliyyatları həyata keçirib, lakin onların sayını açıqlamır.

Hava hücumlarında ABŞ və Rusiya hökumətlərinin açıqladığı məlumatlardakı rəqəmlərdən daha çox sayda mülki əhali arasında ölənlərin olduğuna dair iddialar edilib.

Bununla belə, bu hücumlar İŞİD-in Suriya və İraqda uzun illər ərzində saxladığı ərazilərnın mühüm hissəsindən çıxarılmasında mühüm rol oynayıb.

127

Dünyada ən çox vulkana sahib ölkə sayılan İndoneziyada aktiv vulkanların sayı.

Noyabr ayında Agung Dağı adlı vulkanda güclü püskürmə baş verdi, on minlərlə adam evakuasiya olundu.

1,7 milyon adam

Məşhur Hollivud prodüseri Harvey Weinstein haqqında cinsi təcavüz iddiaları ortaya çıxdıqdan sonra başlanan bir kampaniya çərçivəsində Twitter-da #metoo həştəqi altında öz hekayələrini izah edən insanların sayı.

Bu kampaniyada 85 ölkədən istifadəçılər iştirak edib.

0

Myanmanın de-fakto lideri, Nobel Sülh Mükafatı sahibi Aung San Suu Kyi bütün beynəlxalq çağırışlara baxmayaraq, Arakanda müsəlmanlara qarşı törədilən zorakılaqları pisləyən bəyanatlarının sayı.

"Sərhədsiz Həkimlər" xeyriyyə təşkilatınln məlumatına görə, 2017-ci ildə Myanmada 7 min müsəlman həyatını itirib. Onların 730 nəfərinin yaşı 5 yaşdan yuxarı olmayıb.

Sentyabr ayında Aung San Suu Kyi Myanmada müsəlmanların üzləşdiyi böhranı "yalan xəbər" adlandırıb və bu mövzuda "böyük bir dezinformasiya aysberqinin" olduğunu söyləyib.

812 futbol meydanı

Antarktidada "Larcon C" adlı buzlaqdan iyul ayında qırılan A68 aysberqin sahəsi 12 fərqli Dünya Kuboku turnirində eyni vaxtda oynana biləcək bütün futbol matçlarının keçiriləcəyi meydançaların ümumi sahəsi boydadır.

Alimlərin fikrincə, qlobal istiləşmə bu təbii prosesi sürətləndirə bilər.

Gündə 44 ədəd

Səhiyyə mütəxəssislərinin sözlərinə görə, Yeni Dehli şəhərində noyabrın əvvəllərində qeydə alınmış hava çirklənməsi dərəcəsinin şəhər sakinlərinə təsiri hər adam başına gündə 44 ədəd siqaretin çəkilməsinə bərabərdir.

Dünyada ən yüksək hava çirkliliyi olan 20 şəhərdən 10-u Hindistanın payına düşür.

1600%

Bitcoin-in bazar dəyəri 2017-ci ilin dekabr ayında 20 min dollara yaxınlaşıb.

Bu, 2016-cı illə müqayisədə bir ilə 1600 faiz artım deməkdir.

60 milyon Olimpiya hovuzunu dolduracaq qədər su

ABŞ-ın Texas ştatının Houston şəhərində avqust ayında baş vermiş qasırğa nəticəsində ABŞ-a 150 trilyon litr yağış yağıb.

Rəsmi hesablamalara görə, bu su ilə ölçüləri 50 metr uzunluğu, 25 metr eni və 2 metr dərinliyi olan 60 milyon Olimpiya üzmə hovuzunu doldurmaq mümkündür.

17

2017-ci il dekabrın 22-dək həyatını itirən məşhurların sayı.

Məşhurlarla bağlı ölüm elanlarının siyahısını tutan Deathlist.net saytına görə, 2017-ci ildə ən çox sayda məşhur həyatını itirib.

2017-də həyatını itirənlər arasında Playboy jurnalının təsisçisi Hugh Heffner, komediyaçı Jerry Lewis, milyarder iş adamı David Rockefeller, musiqi dünyasının əfsanəvi adları Tom Petty, Fats Domino və Glenn Campbell, televiziya məşhurlarının ən sevilənlərindən olan Meri Tyler Moore kimi adlar var.

3 faiz

Eurasia ictimai rəy sorğusu şirkətinin keçirdi araşdırmaya əsasən, Braziliya prezidenti Michel Temer-a verilən xalq dəstəyi 3 faiz təşkil edir.

Araşdırma aparılmış ölkələr arasında bu, ən aşağı göstəricidir.

Braziliyada son zamanlarda aparılmış rəy sorğularında Temer-ə xalq dəstəyi 6 faizdən yuxarı olmayıb.

Amma prezidentlik vəzifəsini qoruyub saxlamaq üçün bu rəqəm də kifayət etmir.