Sinqapurda suyun keyfiyyətini qu quşu robotları yoxlayır

Robot qu quşunu real quşdan seçmək asan iş deyil. Sinqapur. Fotonun müəllifi Channel News Asia
Image caption Robot qu quşunu real quşdan seçmək asan iş deyil

Sinqapurda icməli su anbarında suyun keyfiyyəti robot qu quşları tərəfindən yoxlanacaq.

Channel News Asia-nın məlumatına əsasən, şəhərə verilən suyun keyfiyyətinə nəzarət sisteminin yaradılması çərçivəsində hovuzlara 5 qu quşu robotu buraxılıb.

Bu işlər SWAN (qu quşu) adı verilmiş layihə çərçivəsində görülür.

Robotların görünüşü gerçək qu quşlarından demək olar ki, fərqlənmir.

Üstü qu quşu müqəvvasına bənzəyən robotun, su altında qalan hissəsi isə mürəkkəb cihazlarla doludur. Su nümünəsi analiz edildikdən sonra, nəticələr simsiz texnologiya vasitəsilə onlayn rejimdə Sinqapurun Milli Su Agentliyinə göndərilir.

Robotları hazırlayan mütəxəssislərə görə, qu quşu roboru qayıqlar toqquşmaya tab gətirəcək qədər möhkəmdir.

Robot qu quşları Su Agentliyini bundan sonra suyun keyfiyyətini yoxlamaq üçün hövzəyə adam göndərmək məcburiyyətindən azad edib.

Dizaynerlərin sözlərinə görə, robotlar böyük ərazidə insanın müdaxiləsi olmadan hərəkət edə bilir, lakin təmir üçün və ya cihazı təkmilləşdirmək ehtiyacı yaranarsa, robot qu quşlarını məsafədən idarəedici pult vasitəsilə lazım olan yerə gətirmək də mümkündür.

Fotonun müəllifi Channel News Asia
Image caption Robot qu quşlarının alt hissəsi cihazlardan ibarətdir

Əlaqəli mövzular

Bu barədə daha geniş