Türkiyənin müdafiə naziri Nurettin Canikli: ABŞ-ın Afrin əməliyyatı ilə bağlı çağırışı “boş və mənasız”dır

Türkiyənin müdafiə naziri Nurettin Canikli Fotonun müəllifi DHA
Image caption Türkiyənin müdafiə naziri Nurettin Canikli ABŞ-ın Afrində əməliyyat keçirməmək çağırışını "boş və mənasız" adlandırıb.

Türkiyənin müdafiə naziri ABŞ-ın Afrində əməliyyat keçirməmək çağırışını "boş və mənasız" adlandırıb.

"İŞİD təhdidi artıq həm Suriyada, həm də İraqda aradan qaldırılmışdır ", - Nurettin Canikli bildirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə İD-ə qarşı birləşməyi təklif edən Dövlət Departamentinin çağırışı "çox anlamsız"dır.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert Türkiyənin Afrinə ola biləcək hərbi əməliyyatı barədə deyib ki, "Ankara Afrinə hücum etmək əvəzinə özünü İslam Dövləti İD adlandıran qruplaşma ilə mübarizəyə diqqət verməlidir".

"Türkləri belə işlər görməməyə çağırırıq. Onların hücuma əl atmaları əvəzinə İD-lə mübarizəyə diqqətlərini cəmləməsini istəyirik," Heather Nauert deyib.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ Türkiyəni Suriyanın Afrin bölgəsinə hücum etməməyə çağırıb

Ankara ABŞ-ın Suriyada sərhəd mühafizə gücləri formalaşdıracağı xəbərindən sonra hərəkətə gəlib, prezident Recep Tayyip Erdoğan türk ordusunun hər an Afrin və Mənbicə hücum edə biləcəyini açıqlayıb.

Daha sonra ABŞ Xarici İşlər Naziri Rex Tillerson "sərhəd mühafizə gücləri" formalaşdırılacağı haqqındakı məlumatın doğru olmadığını ifadə edib.

Suriya: Türk hərbi təyyarələri hücum edərsə vurmağa hazırıq

Suriya Xarici İşlər nazirinin müavini türk hərbi təyyarələrinin Suriyaya hücuma keçməsi halında ölkənin hava müdafiə sistemlərinin türk təyyarələrini vurmağa hazır olduğunu söyləyib.

Suriya dövlət televiziyasına müsahibə verən Xarici İşlər nazirinin müavini Faysal Mekdad Afrinə təşkil olunacaq hər hansı bir əməliyyatı da "hücum hərəkəti" olaraq qəbul edəcəklərini deyib.

"Türkiyə hakimiyyətinə bu yöndə bir addım atmamaları barədə xəbərdalıq edirik", o bildirib.

Amerika kürd silahlı birləşmələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə mühüm müttəfiq olaraq görür.

ABŞ-ın kürdlərə dəstəyi Türkiyə ilə münasibətlərini gərginləşdirib.

Afrin istiqamətində potensial əməliyyat ötən il həyata keçirilən Fərat Qalxanı əməliyyatının davamı kimi görülür.

Türkiyə bu əməliyyata İD qruplaşmasını öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq məqsədilə başlamışdı.

Bu barədə daha geniş