Şəkillərdə: 6 qaçqın miqrantın İtaliyadan Fransaya Alp dağları ilə təhlükəli yolu

Reuters agentliyi yanvar ayında Alp dağlarını aşaraq İtaliyadan Fransaya çatmağa çalışan bir qrup qaçqın miqrantın təhlükəli səyahəti barədə görüntülər yayıb.

Reuters altı qaçqından ibarət miqrant qrupunun mənfi 9 dərəcə şaxtalı havada hərəkət etdiyini, qaçqınların əyin-başının şaxtalı havaya uyğun olmayan dərəcədə yüngül olduğunu qeyd edir.

Alpleri aşan mülteciler Fotonun müəllifi Reuters

Qaçqınlardan qvineyalı Abdullhai deyib ki, 3 uşağı və arvadının qaldığı vətənindən Alp dağlarına evindən çatmaq üçün 3 il sərf edib.

O ümid edir ki, tezliklə, getdiyi yerə çatacaq: "Qvineyada mənim üçün, uşaqlarım üçün bir gələcək yoxdur. O gələcəyi burada, Avropada əldə edə bilərik".

Alpleri aşan mülteciler Fotonun müəllifi Reuters

2015-ci ildə Yaxın Şərqdən və Afrikadan Avropaya bir miyondan çox qaçqın gəlib.

2016-cı ildə qayıqlarda Avropaya çatanların sayı 363,504 nəfər olub, 2017-ci ildə isə onların sayı təxminən ikiqat azalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, yalnız İtaliyaya çatmaq istəyənlərin arasında həyatını itirənlərin sayı 20 minə yaxındır.

Alpleri aşan mülteciler Fotonun müəllifi Reuters

Reuters-in danışdırdığı qaçqınlardan qvineyalı, 28 yaşlı Kamarra bildirib ki, "Liviyada aylarca əsir kimi saxlanılıb, qul kimi, pulsuz işləməyə məcbur edilib" .

Alpleri aşan mülteciler Fotonun müəllifi Reuters

Qrup üzvləri yol üstündə qarşılarına çıxmış mağarada istirahət üçün dayanacaq qurub, od qalayaraq istisində qızınıblar.

Alpleri aşan mülteciler Fotonun müəllifi Reuters

Reuters yazır ki, qrupun 6 üzvündən heç biri müxbirə soyadlarını açıqlamaq istəməyib.

Bu barədə daha geniş