Manchester United - Arsenal sövdələşməsi: Sanchez Manchester-ə gedir, Mxitaryan isə Arsenal-a gəlir

Henrix Mxitaryanı Arsenal-a gəlir, Alexis Sanchez isə Manchester United-ə gedir. Fotonun müəllifi Getty Images
Image caption Henrix Mxitaryan Arsenal-a gəlir, Alexis Sanchez isə Manchester United-ə gedir.

İngiltərənin məşhur Manchester United futbol klubu ermənistanlı futbolçu Henrix Mxitaryanı digər bir məşhur klub olan Londonun Arsenal klubuna verməklə Arsenal-dan Çili millisinin hücumçusu Alexis Sanchez-i almağa müvəffəq olub.

Son bir neçə gün ərzində ingilis futbolunun mərkəzi mövzularından birinə çevrilmiş bu sövdələşmənin təfsilatları məxfi saxlanılaraq hələlik sonadək açıqlanmayıb.

Lakin Arsenal-ın baş məşqçisi Arsen Wenger təkrar-təkrar qeyd edib ki, Mxitaryan Manchester United-dən Arsenal-a keçməzsə, Alexis Sanchez-in Manchester United-ə keçidi bloklanacaq.

Lakin bazar gününə olan məlumatlardan belə nəticəyə gəlmək olar ki, bu sövdələşmə geriyə dönüş nöqtəsini artıq keçib.

Belə ki, Manchester United-in 28 yaşlı erməni futbolçusu Henrix Mxitaryan şənbə günü axşam saatlarında Arsenal klubunun yerləşdiyi paytaxt Londonda görünüb, bazar ertəsinədək onun tibbi müayinədən keçəcəyi bildirilib; 29 yaşlı Çili millisi və Arsenal-ın hücumçusu Alexis Sanchez isə Manchester şəhərinə gəlib, o, tibbi müayinədən bazar günü keçməlidir.

Mxitaryanın Arsenal klubu ilə kontraktının məbləği və müddəti açıqlanmır.

Alexis Sanchez-in Manchester United ilə kontraktı barədə isə Britaniya mətbuatının bundan əvvəl yazıdğına görə, Sanchez-in yeni klubda həftəlik məvacibi £350 min (təxminən 820 min manat) olacaq, kontrakt müddəti isə 4,5 ilə nəzərdə tutulub.

Bununla da, Alexis Sanchez Britaniya futbolunun hazırda ən bahalı oyunçusuna çevrilir.

İngiltərənin futbol nəhəngləri Manchester United ilə Arsenal arasında baş tutan sövdələşmə barədə rəsmi açıqlamanın yaxın 48 saat ərzində veriləcəyi güman olunur.

Bu barədə daha geniş