İraqda alman əsilli qadına İD üzvü olduğu üçün ölüm hökmü çıxarılıb

İrak, İSİS, death penalty Fotonun müəllifi AFP
Image caption İraqda alman qadına İD yaraqlılarına kömək etdiyinə görə ölüm hökmü çıxarılıb

İraq məhkəməsi bir alman qadının özünü İslam Dövləti (İD) adlandıran qrupa mənsub olduğunu sübuta yetirdikdən sonra onu ölüm cəzasına məhkum edib.

O, İD-ə maddi-texniki dəstək göstərdiyinə və İraq təhlükəsizlik qüvvələrinə qarşı hücumda iştirak etdiyinə görə məhkum olunub.

Adı çəkilməyən, ancaq Mərakeş bölgəsindən olduğu deyilən qadın ötən il Mosul uğrunda gedən döyüşlərdə ələ keçirilib.

Minlərlə əcnəbinin İraq və Suriyadakı İD tərkibində döyüşdüyü bildirilir.

Məhkəmə müəyyən edib ki, o, İD üzvləri ilə evli olan iki qızıyla birgə Almaniyadan İraqa gedib.

Onun İraqda ölüm hökmü çıxarılmış ilk xarici qadın olduğu düşünülür.

Eyni zamanda digər bir alman qadın, yeniyetmə Linda Wenzel İD üzvü olduğu üçün Mosulda həbs olunub.

Minlərlə İD üzvü olmaqda şübhəli bilinən şəxs mühasirəyə alınıb və həbs olunub.

İnsan hüquqları qrupları məhkəmə prosesi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Bu barədə daha geniş