Əfqanıstan paytaxtı: Son 9 gündə 3-cü hücum

Kabil Fotonun müəllifi AFP

Əfqanıstanın paytaxtı Kabildə hərbi təhsil akademiyasına hücum nəticəsində etirazçılar da daxil azı beş nəfər həlak olub.

Hücuma görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qruplaşma üzərinə götürüb.

Əfqanıstan təhlükəsizlik rəsmiləri hücumçulardan birinin hələ də akademiya yaxınlığında Marşal Fehim Milli Müdafiə Universitetində axtarıldığını söyləyib.

Hücumçulardan üçü öldürülüb, biri saxlanılaraq həbs edilib.

Hücumda iki əfqan əsgəri həyatını itirib.

BBC-yə danışan Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü, yaralıların sayının 10-a çıxdığını deyib.

Silahlılar yerli vaxtla saat 17:00-da təşkil etdikləri hücumda ağır silah və raketlə idarə olunan əl bombalarından istifadə ediblər.

9 gündə 3 hücum

Bu son 9 gündə Kabildə baş verən üçüncü hücumdur.

Şənbə günü təcili yardıma yerləşdirildən bomba partlaması nəticəsində 100-dən çox adam ölüb.

Bir həftə əvvəl bir otelə hücumda 22 adam həyatını itirib.

Bu hücumda həyatını itirənlərin əksəriyyəti xarici ğlkə vətəndaşları olub.

Hər iki hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Bu barədə daha geniş