Cənubi Koreyada tənha yemək yeməyin eyib olması fikri dəyişir

A woman eating alone in Seoul Fotonun müəllifi AFP
Image caption Cənubi Koreyada birnəfərlik hazır yeməklərin satışı genişlənməkdədir

Cənubi Koreyada birnəfərlik hazır yeməklərin satışı genişlənməkdədir.

Bunun səbəbini yerli müşahidəçilər Cənubi Koreya mədəniyyətinə xas olan təklikdə yemək yeməyin eyib sayılması hissinə getdikcə daha çox sayda adamın üstün gəlməsində görür.

Rəsmi statistik rəqəmlər birnəfərlik hazır yeməklərin satışının artdığını, düyü istehlakının isə azaldığını göstərir, Korea Bizwire nəşri xəbər verib.

Koreya Statistik Komitəsi bu tendensiyanı insanların təklikdə yemək fobiyasından getdikcə azad olunduqlarını təsdiq edən əlamət kimi qiymətləndirib.

Son zamanlaradək Cənubi Koreyada yeməyi təklikdə yemək eyib sayılırdı, çünki cəmiyyətdə belə hərəkət edən adamın səfil olduğu düşünülürdü.

Koreya mədəniyyətində insanın özünü hansısa bir sosial qrup, çevrə və ya icma ilə eyniləşdirməsi, həmin qrupun üzvü hiss etməsi, özünü səfil hiss etməməsi mühüm əhəmiyyət kəsb edir.

Əks halda həmin adam özünü hörmətdən düşmüş sayır.

Təklikdə nahar edənlərdən biri adının çəkilməməsi şərti ilə Korea Herald nəşrinə bildirib ki, təklikdə yemək yedikdə sıxıntı hissi keçirir, çünki düşünür ki, ətrafdakılar onu səfil sayacaq.

Lakin tənha həyat tərzi sürənlərin sayının artması bu məsələyə baxışları, ənənəni tədricən dəyişməkdədir, Maiel Business Newspaper (MBN) nəşri yazır.

Yeni trend o dərəcədə geniş yayılıb ki, artıq ən nüfuzlu restoranlarda belə birnəfərlik masaların sayı artıb, MBN qeyd edir.

Bu barədə daha geniş