Gəlin sağlığı: Meghan Markle öz toyunda nə deyəcək?

Меган Маркл и принц Гарри Fotonun müəllifi Getty Images

May ayı gələcək və görünən odur ki, Meghan Markle kraliça gəlinləri üçün çoxdankı ənənəni pozaraq öz toyunda çıxış edəcək.

XXI əsrdə gəlinin öz toyunda çıxış etmək istəməsi kimsəni təəccübləndirməməlidir. Lakin bəzi ənənələri pozmaq o qədər də asan deyil.

YouGov şirkətinin apardığı sorğuya görə, 2016-cı ildə respondentlərin yalnız 16 faizi gəlinin öz toyunda söz deməsini düzgün hesab edib.

Pure Elegance Weddings & Events toy və ziyafətlərin təşkili şirkətinin əməkdaşı Donna Braun-un qiymətləndirməsinə görə, onun 2017-ci ildə təşkilinə kömək etdiyi 70 toydan, yalnız 10-da gəlin çıxış edib. Donna həmçinin bir hadisəni xatırlayır ki, gəlinin rəfiqəsi çıxış etməyi çox istəsə də, gəlinin özü bunun lazım olub-olmadığına əmin olmayıb.

"Etiket qaydalarını tamamilə görməzlikdən gəlmək olmaz, lakin son nəticədə bu, axı sizin toyunuzdur. Bu, axı Pinterest üçün keçirilmir. Gözlənilən ehtimalları doğrultmağa cəhd göstərməyin ", - deyə Donna hesab edir.

Lakin toyların təşkilatçısı və "Wedding Bible" ("Toy bibliyası") kitabının müəllifi Sarah Haywood deyir ki, onların təşkil etdiyi toyların yarısına gəlinin çıxışı daxil edilir.

"Brides"("Gəlinlər") jurnalının redaktoru Jade Bir qeyd edir ki, hazırda gənc qadınların çoxu toy günü onların əvəzinə kişilərin danışmasını istəmədiklərini hiss etməyə başlayıblar.

Toy təşkilatçısı Annabel Candler güman edir ki, toylarda gəlinlərin çıxış etməsi kimi bir ənənənin olmaması hazırda onlara daha çox mövzu seçimi azadlığı verir.

Onun sözlərinə görə, gəlinin soldışı və ya atası bir qayda olaraq, internetdə toy çıxışlarında deyilməsi qəbul edilən sözləri axtarırılar. Lakin gəlinlər üçün bu göstəricilər yoxdur.

Annabel hesab edir ki, bu gəlinlərə müəyyən üstünlüklər verir: "Onların deməyə sözləri olduğu üçün ayağa qalxırlar. Kimsə onların yerinə danışa bilməz."

Meghan Markle-ın çıxışı necə olmalıdır? O, çıxışında nəyə toxunmamalıdır və ya zarafat etməlidirmi?

Fotonun müəllifi Annabel Candler
Image caption Toy təşkilatçısı Annabel Candler öz toyunda çıxış etmək qərarına gəlib

"Yorğanı öz üstünüzə çəkmək lazım deyil", - deyə toy çıxışlarını tərtib edən Carol Spears tövsiyyə edib.

Onun sözlərinə görə, akrtisa olan Meghan hamını kölgədə qoya bilər, lakin əgər o, çıxışını Hollywood əyləncəsinə çevirsə bu, kraliça ailəsinin ürəyincə olmayacaq.

Əsəbləri pozurlar?

Əsəbləri necə sakitləşdirməli - çox güman ki, günün mövzusu bu olacaq. Lakin toy blogeri Alison Tinlin iddia edir ki, toyda çıxış etmək adi rəsmi çıxışdan daha asandır. Çünki toyda adrenalin hissi köməklik edir. Bununla əsəbləri aradan qaldırmaq üçün gəlinlərə qonaqlara arxalanmağı tövsiyyə edən Sarah Haywood da razılaşır.

"Siz insanlarla dolu zala baxırsınız. Bu insanlar sizi tanıyır və siz onlar üçün önəmlisiniz. Və siz onların üzünü görən zaman elə də qorxulu olmur ", - Sarah Haywood deyir.

Burada təkcə dost auditoriyası deyil, həmçinin gəlinin həddən artıq cəlbedici görünüşü də köməklik edir. Bu, gəlinə əlavə olaraq özünə inam hissi verir. Donna Braun belə deyir. Carol Spears hesab edir ki, başlıca məsələ təcrübə aparmaqdır. O, gəlinlərə çıxışın ilk iki dəqiqəsini əzbərləməyi tövsiyyə edir:

"Siz nədən başladığınızı biləndə, bu, çıxışa başlamaq üçün sizə kifayət qədər əminlik verəcək."

Fotonun müəllifi Getty Images
Image caption Meghan Markle və şahzadə Harry mayda evlənəcəklər

Bəs Meghan Markle çıxışına zarafat qatmalıdırmı?

Gəlinlər üçün jurnalın redaktoru olan Jade Bir kifayət qədər toy mərasimləri görüb və bu günə qədər də gəlinlərin çıxışının bəzi anlarını xatırlayır.

"Mən bir dəfə bir gəlinin öz toy çıxışında hər bir qonağı Quality Street şokolad dəstindən olan müəyyən konfetlə necə müqayisə etdiyini müşahidə etmişəm. Bu, çox əzabverici idi".

"Əgər sizdə yumorun alınacağına əmin deyilsinizsə, kor-koranə zarafatlar etməyə cəhd göstərməyin ", - Jade Bir xəbərdarlıq edir.

Carol Spears qeyd edir ki, yüngül yumor yerinə düşər, lakin lətifə danışmaq risklidir: "Siz onu düzgün danışa və ya bunu düzgün vaxtda edə bilməyə bilərisz".

"Əgər siz satiraçı deyilsizsə, əlavə stress sizə lazım deyil ", - o, tövsiyyə edir.

Və əlbəttə ki, kobud zarafatlardan qaçmaq lazımdır.

Fotonun müəllifi Getty Images

"Onlara maraqsız olmayın"

Belə hallarda ümumi məsləhət: çıxış qısa olmalıdır.

Sarah Haywood deyir ki, onun üçün ideal çıxış müddəti 5-10 dəqiqədir: "Yaxşı çıxış davamına qulaq asmaq istədiyiniz çıxışdır."

"Və hətta əgər siz cəmi 5 dəqiqə çıxış etsəniz belə, təşəkkür etmək istədiyiniz insanların uzun siyahısını sadalamaq lazım deyil. Bu çox darıxdırıcıdır və dərhal hamının marağı itir", - Jade məsləhət verib.

Toylarda tamada xidməti təklif edən "Speakers Corner" şirkətinin eksperti Nick Gold göydən yerə enməyi və qonaqların çoxunun sadəcə xoşbəxt cütlüyün şərəfinə şampan içmək istədiklərini düşünməyə çağırıb.

"Çıxış 20 dəqiqədən çox olarsa, o zaman hamı qədəhini nəhayət ki, çıxışın bitməsi şərəfinə qaldıracaq", - ekspert deyir.

Bu barədə daha geniş