Britaniya mətbuatı: Türkiyə Afrini tutmaq niyyətində olmadığına işarə edir

Turkey, Syria, USA, Russia, İran and so on Fotonun müəllifi AFP
Image caption Türkiyənin "Zeytun budağı" adlandırdığı bu hücum əməliyyatı Qərb ölkələri tərəfindən tənqid olunur

"The Independent" yazır ki, Türkiyə qoşunlarının və onların müttəfiqlərinin qonşu ərazidə kürdlərlə döyüşləri davam etdirdiyi bir vaxtda Suriya hökumət qoşunları müxalifətin nəzarətində olan ərazinin içərisi ilə irəliləyir.

Hazırda Əsəd qüvvələri və onların müttəfiqləri müxalifətin son istehkamı olan İdlib əyalətindəki Saraqeb məntəqəsinin 20 kilometrliyinə çatıblar.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə Suriya qüvvələri ölkənin iki böyük şəhərini - Dəməşq və Hələbi birləşdirən magistral yola yaxınlaşmaqda davam edir.

Suriya hərbiyyəsi ötən ay hərbi-hava qüvvələrinin dəstəyi ilə İdlib əyalətindəki bir sıra məntəqələri ələ keçirərək Saraqebin 30 kilomterliyində yerləşən Abu Zühur hərbi hava bazasınna yaxınlaşıb. Bu strateji ərazi əl-Qaedaya bağlı qiyamçıların nəzarətindədir.

Media fəallarından Əbdülqəni Dabaan bildirir ki, bu ərazilərin aramsız bombardmanı baş verir.

Qiyamçı qüvvələrin təyyarələrə qarşı işlətmək üçün döyüş vasitələri məhduddur.

Bu arada Türkiyə Suriyanın şimalında kürdlərə qarşı döyüşlər üçün 10 minədək Suriya müxalifətçisini səfərbər edib.

Türkiyənin "Zeytun budağı" adlandırdığı bu hücum əməliyyatı, kürdləri öz müttəfiqi sayan ABŞ və Fransa tərəfindən tənqid edilir.

Ankara Fransa prezidenti Emmanuel Macron-un Suriya ərazisini işğal etməmək çağırışından hiddətlənib.

Türkiyənin xarici işlər naziri Mevlit Çavuşoğlu Macronun bəyanatını "təhqir" adlandırıb.

O işarə edib ki, keçmişdə Əlcəzair və Afrikadakı başqa ərazilərə müdaxilələr etmiş Fransa Türkiyəyə "dərs deməməlidir".

Cənab Çavuşoğlu deyib ki, Fransa Türkiyənin "terrorçularla" döyüşdüyünü və Afrinə müdaxiləni məqsəd qoymadığını yaxşı bilir.

Fotonun müəllifi Reuters
Image caption Türkiyə tankları Suriyayla sərhəd olan Reyhanlı bölgəsinə çatıb

BMT-nin humanitar məsələlər üzrə müşaviri Jan Egeland-ın verdiyi məlumata görə Türkiyə qoşunları ilə ona müttəfiq Suriya müxalifəti 15 min mülki kürdü Afrinə sığınmağa məcbur edib.

Bu da xəbər verilir ki, ABŞ tərəfindən dəstəklənən qüvvələr, o cümlədəm YPG ötən oktyabrda Raqqanı İŞİD-dən geri aldıqdan sonra bu bölgədə basdırılmış mina tələlərində hər həftə 50-dək insan həyatını itirir.

O həm də əlavə edib ki, Suriyada 2015-ci ildən bəri mühasirədə olan yerlərin sayı ən aşağı həddinə çatıb.

Suriya müxalifətinin Ali Danışıqlar Komitəsi Rusiyanın Suriyanın yeni konstitusiyasının tərtibi təşəbbüsünü qəbul etdiyini bəyan edib. Amma qrup bildirir ki, bu prosesə BMT nəzarət etməlidir.

Ali Danışıqlar Komitəsi bildirib ki, istənilən konstitusiya komitəsi BMT tərəfindən yaradılmalı və bu quruma müxalifət də daxil olmalıdır.

Fotonun müəllifi EPA
Image caption Respunlikaçı Devin Nunes

Nunes kimdir və Trump-ı niyə müdafiə edir?

Britaniya mətbuatından "The Guardian" nəşri yazır ki, Konqresin respublikaçı üzvü Devin Nunes-ə ötən mart ayında gecə bir zəng gəlib. Onu Ağ Evə məxfi kəşfiyyat hesabatlarını göstərmək üçün çağırırdılar.

Sonrakı həftə ərzində o prezident Trump-a məxfi sənədlər barədə məlumat verib, amma bu görüşün özünü məxfi saxlaya bilməyib.

Məqalədə deyilir ki, Nunes buna görə başqa millət vəkilləri tərəfindən lağa qoyulub.

İndi isə Nunes yenidən gündəmdədir və bunun ardınca da qarışıqlıq başlayıb.

Prezident Trump-ı bir il ərzində təkbaşına, amma qızğın müdafiə edən millət vəkili iddia edir ki, Trump Obama administrasiyası tərəfindən qanunsuz olaraq izlənib.

Nunes də Trump-ın FTB-ni tənqidlərinə qoşulub. Nunes-in dediyi budur ki, Trump gözümçıxdıya salınıb və FTB-nin onun Rusiya ilə bağlarına dair apardığı təhqiqat qərəzlidir.

"The Guardian" yazır ki, Nunes-i nə respublikaçı həmkarlarından birinin onu komik "müfəttiş Kluzoya" bənzətməsi, nə də özünün portəgiz soyadının müxtəlif cür təlləffüz edilməsi kimi məsələlər çəkindirmir.

Lakin ötən cümə axşamı günü Nunes demokratları o qədər qəzəbləndirib ki, onlar Nunes-in Konqeresin Kəşfiyyart Komitəsindən çıxarılmasına çağırıblar.

Bu komitə Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları araşdırsa da, artıq partiya xətləri boyunca parçalanıb.

Nunes-in Trump-a təqdim etdiyi memo FTB-nin araşdırmasını təkrar Britaniya casusu Christopher Steele-ə bağlıayır.

Komitədəki respublikaçılar habelə FTB agenti Peter Strzok-un Trump-ı tənqid edən şərhlərindən yapışıblar. Respublikaçılar bu fakta istinadla iddia edirdilər ki, xüsusi prokuror Robert Mueller-in təhqiqatı Trump-a qarşı qərəzlidir.

FTB bu memonun açıqlanması əleyhindədir. Büro bəyan edir ki, memonun açıqlanması Amerikanın bir sıra kəşfiyyat mənbələrini və metodlarını riskə ata bilər.

"The Guardian" yazır ki, respublikaçılarla yanaşı Trump-ı Fox News kimi sağ təmayüllü media da müdafiə edir.

Maraqlıdır ki, FTB-nin Trump kampaniyasınımn ayrı-ayrı üzvlərinə dinləmə cihazı qoşmaq kimi praktikalarını tənqid edən Nunes, ümumilikdə adamların izlənməsi tərəfdarıdır və üzvü olduğu Konqresdə həmişə belə metodları dəstəkləyib.

Bu barədə daha geniş