Çin: Körpəsini əmizdirən ana küçədə südünü satmağa məcbur olub

Woman kneels on street in China, breastfeeding a baby. The sign beside her has a picture of her ill baby and writing in Chinese characters. There are two plastic bags apparently filled with breast milk in the foreground. Fotonun müəllifi Pear Video
Image caption Plakatdakı yazı izah edir ki, ailəyə təcili pul lazımdır və ana dəqiqəsi 10 yuandan uşaq əmizdirməyə hazırdır.

Çində gənc ana xəstə körpə qızının müalicə xərclərini ödəmək üçün öz südünü küçədə satışa çıxarıb.

Miaopai video vebsaytında yerləşdirilmiş videoda körpə əmizdirən ana və onun əri izah ediblər ki, intensiv müalicə şöbəsində yerləşdirilmiş uşaqlarından birinin müalicə xərclərini qarşılamaq üçün onlara azı 100,000 yuan (təxminən $15875) pul yığmaq lazımdır.

Video Çinin Quandun şəhərinin Şencen Uşaq parkında çəkilib.

Körpə əmizdirən ana bildirib ki, pulu tez bir zamanda yığmalı olduğundan südünü satmaq qərarına gəlib, çünki əkiz qızlarından birinin Şencen hospitalında intensiv müalicə kursuna ehtiyacı var.

Onun əri izah edib ki, onların hospitala "yüz minlərlə yuan" məbləğində borcu var və həkimlər bildirib ki, uşaq sağalandan sonra ailə ən azı "100,000 yuan" ödəməyə hazır olmalıdır.

Fotonun müəllifi Pear Video
Image caption Şencen mediası qadının kimliyinin təsdiqləndiyini və bu əhvalatın gerçək olduğunu bildirib.

Son vaxtlar Çində yerli tibbi mərkəzlər pasiyent axınının öhdəsindən gələ bilmədiyinə, insanlar uzun növbələrdə gözləyə bilmədiklərindən həkimin qəbuluna düşmək üçün əlavə pul ödəməli olduğuna görə tənqid olunur.

Sözügedən cütün hərəkəti sosial şəbəkələrdə istifadəçilərin əksəriyyəti dəstəkləyib.

İstifadəçilər camaatı həmin çütə "ianə etməyə" çağırıb.

Lakin bəzi istifadəçilər bu yolla pul toplamağı "ədəbsiz" sayaraq, bu yolun "ləyaqətli" olmadığını qeyd ediblər.

Lakin istifadəçilərdən biri "neqativ" şərhləri tənqid edərək bildirib: "Bu addım çarəsiz valideynlərin körpələrini necə sevdiyinin göstəricisidir… Bəs sizin uşağınız bu vəziyyətdə olsaydı, siz onun həyatını düşünəcəkdiniz, yoxsa özünüzü?"

Bu barədə daha geniş