Elon Musk-un raketi Marsa onun qırmızı avtomobilini də aparır

Car Fotonun müəllifi SPACEX
Image caption Marsa istiqamətlənən raket özü ilə Elon Musk-ın Tesla Roadster qırmızı kabrioletini də aparır

Həftənin çərşənbə axşamı amerikalı sahbkar Elon Musk-ın Space X şirkətinin hazırladığı Falcon Heavy raketi kosmosa uğurlu uçuş edib.

Marsa istiqamətlənən raket özü ilə Elon Musk-ın Tesla Roadster qırmızı kabrioletini də aparır. Sürücü oturacağına skafandr geyinmiş maneken otuzdurulub.

Avtomobilə müşahidə kameraları yerləşdirilib.

Fotonun müəllifi Reuters
Image caption Space X "Falcon Heavy" raketi dünyanın ən böyük raketi sayılır. O, Yerə yaxın orbitə 64 min tonluq yük daşımaq gücündədir

Elon Musk bu test uçuşunun 50 faiz baş tutmayacağını güman edirdi.

O deyib ki, raketə yerləşdirilmiş avtomobil dünyadan 400 milyon kilometr uzağa gedəcək və saniyədə 11 kilometr yol qət etmiş olacaq.

Avtomobilin olduğu kapsulun Marsa çatıb-çatmadığı bir neçə saatdan sonra bəlli olacaq.

Space X "Falcon Heavy" raketi dünyanın ən böyük raketi sayılır. O, Yerə yaxın orbitə 64 min tonluq yük daşımaq gücündədir.

"Falcon Heavy" layihəsi isə ilk dəfə 2011-ci ildə elan edilmiş, ilk uçuş da 2013-cü ilə planlanlaşdırılmışdı.

Bu barədə daha geniş