Suriya münaqişəsi: İsrail hərbi təyyarəsinin Suriya tərəfindən vurulduğunu deyir

Crash site of an Israeli F-16 jet in northern Israel. Photo: 10 February 2018 Fotonun müəllifi Reuters
Image caption İsrailin F-16 qırıcısı şimali İsraildə bir kəndin yaxınlığında yerə düşüb

İsrailin F-16 hərbi təyyarəsi Suriyada İrana məxsus hədəflərə zərbə endirdikdən sonra Suriya havadan müdafiə sistemlərinin atəşi nəticəsində vurulub, İsrail hərbi qüvvələri bildirir.

Təyyarənin iki pilotu paraşütlə şimali İsraildə yerə enə biliblər. Bunun İsrailin Suriya münaqişəsində ilk hərbi təyyarə itkisinin olduğu deyilir.

İsrail hava zərbəsini İran dronunun İsrailə buraxılışından sonra həyata keçirib. İranın dronu isə vurularaq məhv edilib.

Suriya İsraili "təcavüzkarlıq"da ittiham edib, lakin hadisədən sonra İsrail Suriyada yeni hədəflərə hava zərbələri endirib.

İsrail Müdafiə Qüvvələri (İMQ) tvitləyib: "Bir neçə dəqiqə əvvəl, İHQ təyyarələri Suriya Hava Müdafiə Sistemləri və İran obyektlərini hədəfə alıb. 3 hava müdafiə sistemi və 4 İran hərbi obyekti daxil olmaqla, 12 hədəfə hücüm edilib. İsrailə anti-hava raketləri atılıb və nəticədə şimali İsraildə həyacan siqnalı səslənib."

İsrailin Suriyada hava zərbələri qeyri-adi deyil, BBC-nin Yaxın Şərq müxbiri Tom Bateman deyir, lakin İsrailin qırıcısının vurulması vəziyyətdə ciddi gərginlik artımına səbəb olub.


Həmçinin oxuyun:


Şənbə günü səhər saatlarında nə baş verib?

İsrail hərbi qüvvələri bəyanat yayaraq bildirib ki, "hərbi helikopter Suriyadan buraxılmış və İsrailə daxil olan İran dronunun uğurla məhv edib".

Bəyanat dronun tezliklə hədəfə alındığını və "vurulmasına qədər müşahidə altında" olduğunu deyib.

Vurulduqdan sonra dron İsrail ərazisində yerə düşüb və İMQ-nin sözçüsü Briqada generalı Ronen Manelis onun İsrail tərəfindən ələ keçirildiyini deyib.

İMQ bildirir ki, cavab olaraq İsrail hərbi təyyarələri "Suriyada İran obyektlərini hədəfə alıb". İsrail hərbi qüvvələri Suriya ərazisindəki əməlliyatın uğurla həyata keçirildiyini deyib.

Suriyada hava müdafiə sistemlərinin atəşinə məruz qaldıqdan sonra, F-16 qırıcısının iki pilotu təyyarəni paraşütlə tərk etməli olub və endikdən sonra xəstəxanaya aparılıb. Onlardan biri "fövqəladə evakuasiya zamanı ağır xəsarət alıb", İMQ deyib.

Qırıcının hava müdafiə sistemləri tərəfindən vurulduğuna və ya başqa bir səbəbə görə düşdüyü bilinmir.

Bu hadisə nəticəsində 2006-cı ildən indiyədək ilk dəfədir ki, İsrail hərbi hava qüvvələrinə məxsus obyekt döyüş vaxtı vurulub. 2006-cı ildə İsrailin hərbi helikopteri Livanda Hizbullah tərəfindən raketlə vurulmuşdu, Jerusalem Post qəzeti yazır.

Bu hadisədə bir qadın mühəndis də daxil olmaqla helikopterdəki 5 nəfərlik heyət bütünlüklə həlak olmuşdu.

Fotonun müəllifi EPA
Image caption Qolan təpəliklərindəki Suriya-İsrail sərhədi üzərində antitəyyarə atəşinin tüstüsü görünür

Suriyanın hava müdafiə sistemlərindən açılan atəş nəticəsində şimali İsrail, habelə İsrail tərəfindən işğal olunmuş Golan yüksəkliklərində həyacan siqnalları səsləndirilib.

İsrailin İordaniya və Suriya ilə sərhədinə yaxın ərazidə yaşayan sakinlər bir neçə partlayış və çoxlu təyyarə səslərini eşitdiklərini bildiriblər.

Fotonun müəllifi Getty Images
Image caption (Arxiv foto) Israil F-16 qırıcısı

Suriya dövlət mediası bir hərbi mənbəyə istinadən şənbə günü İsrailin bir hərbi bazaya hücumuna cavab olaraq Suriya hava müdafiə sistemlərinin atəş açdığını və nəticədə "1-dən çox təyyarənin" vurulduğunu deyib.

Bundan sonra İsrail nə edib?

Qırıcısının vurulmasından dərhal sonra İsrail Suriyada 12 obyektə qarşı hava zərbəsi endirdiyini bildirib.

12 obyektən 8-zi Dəməşq yaxınlığında yerləşən 4-cü Suriya diviziyasına məxsus olub, İMQ sözçüsü Jonathan Conricus deyib.

Bu əməliyyatda iştirak edən bütün İsrail hərbi təyyarələrinin problemsiz bazalarına qayıtdıqları bildirilir.

"Suriyalılar iranlılara İsrailə hücum etməyə imkan verəndə alovla oynayırlar", bir sözçü deyib.

O, İsrailin ciddi cavabı olacağını, lakin "vəziyyəti gəringləşdirmək" istəmədiyini qeyd edib.

İranın Suriyada fəaliyyəti nədir?

İsrailin əsas regional rəqibi İran Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqidir və 2011-ci ildən bəri İran hərbçiləri Suriyada qıyamçı qüvvələrə qarşı vuruşmaqdadırlar.

Tehran Suriyaya hərbi məsləhətçilər, könüllü silahlılar və bəzi mənbələrə görə özünün İran İnqilab Keşikçilərinin xarici qolu olan Qüds Qüvvəsindən yüzlərlə silahlı göndərib.

Deyilənlərə görə İran həmçinin prezident Əsədin qüvvələrinə və ona silahları ilə kömək edən Livanın İran yönümlü Hizbullah hərəkatına dəstək olaraq Suriyaya minlərlə ton silah və hərbi sursat göndərib.

İranın tənqidçiləri iddia edirlər ki, Tehranın məqsədi öz təsiri altında olan qurşaq yaratmaqla yanaşı Livanda Hizbullah üçün İrandan birbaşa logistik quru nəqliyyatı yolu açmaqdır.

Hadisənin strateji əhəmiyyəti nədir? What is the strategic context?

BBC-nin diplomatik müxbiri Jonathan Marcus-un təhlili

İllərdir ki, İsrail Suriyada hərbi sursat anbarlarına qarşı hava zərbələri endirir. Onun yeganə hədəfi İranın müasir raketlərinin Livanda Hizbullaha ötürülməsinin qarşısını almaq və ya buna mümkün qədər çox manea yaratmaqdır.

Suriya bu raketlərin köçürülməsində əsas rolu oynayır. Lakin İranın dəstəyi ilə Əsəd rejiminin gücləndirilməsi ölkədəki qüvvələr balansında dəyişikliklərə yol açıb. Bu isə vəziyyətdə İranın Suriya böhranında birbaşa iştirakı kimi yeni bir reallıq yaradıb.

İsrail iddia edir ki, İran özünə güvənərək Suriyada hərbi bazalar açmaqdadır, lakin bu bazaların birbaşa İranın özü və ya Tehranın dəstəklədiyi şiə silahlılara məxsus olub-olmadığı aydın deyil.

Bununla yanaşı İsrail həmçinin iddia edir ki, İran Hizbullaha raket köçürmələrini hücumdan müdafiə etmək üçün həm Suriyada, həm də Livanda yeni raket zavodları inşa etməkdədir.

İsrailin bu raket köçürmələrinin qarşısını almağa yönəlmiş kampaniyası isə getdikcə mürrəkəbləşir.

İran isə bu münaqişədə öz rolunu artıraraq getdikcə İsrailin sərhədinə daha çox yaxınlaşır.

Bu barədə daha geniş