Sevgi axtaran insanları istifadə etməklə pul qazanmaq

internetdə tanışlıq Fotonun müəllifi Getty Images

İnternetdə dost tapmaqdan ötrü saytlarda profil şəkli etmək üçün xüsusi şəkil çəkdirmək yeni peşəyə çevrilmək üzrədir.

Şotlandiyanın Edinburq şəhərində Botanika bağının küncündə bir qadın həyəcanlı halda fotoqrafın qarşısında poza tutur.

O, adi model deyil. 53 yaşlı Rose internetdə dost tapmaq saytlarındakı profilinə yaxşı çəkilmiş şəkil yerləşdirmək istəyir. Fotoqraf Rachel Spence isə bu mövzuda ixtisaslaşıb və bu cür internet saytlarına profil şəkli çəkməklə məşğuldur.

"Siz bura gəlməmişdən əvvəl mən bir az hazırlaşdım və ən uyğun məkanı tapmağa çalışdım. Əkin bağçalarını sevdiyinizi demişdiniz, bunu nəzərə alacam", Spence deyir.

Rose indiyə qədər profil şəkillərini oğlunun çəkdiyini, "divanda oturarkən tək və kədərli göründüyünü" gülərək deyir.

Bəs internet saytlarda qeydiyyatdan keçərək dost tapmağa çalışanların profil şəklini çəkmək peşəsinin bazarı nə qədər böyükdür?

Məlumatlar 2019-cu ildə İngiltərədə bu sektorun dəyərinin 225 milyon sterlinqə çatacağını göstərir. ABŞ-da isə bu göstəricilər ildə 3 milyard dollara çatır.

Fotonun müəllifi Getty Images

Araşdırmalar göstərir ki, bu cür saytlarda uğurun 90 faizi profil şəklindən asılı olur. Bu halda bu işin getdikcə böyüyən sektora çevrilməsi təəccüblü deyil.

Bu sektorda ilk peşəkar şirkət qurduğunu iddia edən Saskia Nelson dörd il ərzində şirkətin dörd şöbəsini açdığını deyir.

"Bu cür şeylər dəyişməkdədir. iPhone ilə çəkilən şəkilləri və ya tətil vaxtı çəkdirdiyiniz köhnə şəkilləri profil şəklində istifadə etmək artıq xoş qarşılanmır. Bu cür saytlarda ilk öncə şəkillərə baxılır; keyfiyyətli şəkil keyfiyyətli marağa səbəb olur", o bildirir.

Gözəllik və mükəmməllik obrazları ilə sıxışdırıldığımız bir dövrdə "bu sektor insanların xarici görünüşləri haqqında duyduqları inamsızlığdanmı istifadə edir" sualını vermək olar.

Şəkil çəkmək üçün saatbaşına 167 sterlinq xidmət haqqı gəlirli bir işdir. Saskia Nelson deyir ki, bu işə başlamaq səbəbləri pul deyil: "İnsanlara ən yaxşı yolla sevgini tapmaq üçün kömək etmək istəyirik. Onları mümkün qədər yaxşı çəkmək istəyirik".

Botanika bağında Rose-un çəkilişləri bitdikdən sonra fotoqraf Kate ilə tək-tək şəkillərə baxır, bəyəndiyi birini seçir: "Gözaltının rəngini bir az açarıq sadəcə..." Kate deyir.

Fotonun müəllifi Getty Images

Bəs bu peşəkar fotoqraflar bunu edərkən müştərilərinin potensial namizədlərini dolayı yolla aldatmış olurmu?

Eamonn McCabe bunun incə sərhədinin olduğunu deyir. "Şəkillərin rəngini açıb-tündləşdirmək mütəmadi etdiyimiz bir şeydir. Amma sallanmış yanaqları düzəltməyə çalışsanız, bu düzgün olmaz və bunun uzunmüddətli nəticəsinin olacağını düşünmürəm".

Sevgi axtarışında zahiri görünüşümüzə pul xərcləmək yeni bir şey deyil. Ancaq, bu, görünüşümüzü ticarətiləşdirmək mənasına gəlirmi? Şəkillərimizi brendimiz halına gətirib çıxarırıqmı?

Fotonun müəllifi Getty Images

"Başqalarının şəkillərinə baxanda əvvəllər rast gəldiyim hallarını göstərmədiyinin fərqinə vardım... Buna görə də şəkillərimin məni düzgün göstərməsini istəyirəm".

Bəlkə də Saksia Nelson belə işə girişməkdə haqsız deyil. Öz "brendimiz" sosial şəbəkələrdəki postlarımızın çox hissəsini təşkil etdiyi üçün, çoxluqdan seçilmək üçün bir çox insan əlavə addım atmaq ehtiyacı hiss edir.

Bu barədə daha geniş