ABŞ filmlərində baş rollarda çıxış edən qadınların sayı azalıb

Beauty and the Beast, Wonder Woman, Star Wars - The Last Jedi
Image caption Emma Watson, Gal Gadot və Daisy Ridley 2017-ci ildə ABŞ kinoprokatında ən çox qazanc gətirmiş filmlərdə aparıcı rollarda çıxış ediblər.

ABŞ-da Televiziya və Kinoda Qadınlar araşdırma mərkəzinin hazırladığı hesabata əsasən, 2016-cı ildə çəkilmiş filmlərdə aparıcı rolları ifa edən qadınlar 29 faiz təşkil edirdilərsə, 2017-ci ildə bu göstərici azalaraq 24 faiz təşkil edib.

Təşkilat, hesabatını ABŞ-da kassa dövriyyəsinə görə filmləri sıralandıran siyahının ilk 100 filminin təhlili əsasında hazırlayıb.

"Ümumilikdə götürəndə, tamaşaçı auditoriyası kinofilmlərdə kişiləri qadınlardan iki dəfə çox görür", - hesabatda qeyd olunub.

Kinoprokatın ən çox qazanc gətirən ilk 100 filmindən 58 faizində aparıcı rollarda kişilər çıxış edib.

Bu isə, qadınlara aid eyni göstəricini (24 faiz) az qala, ikiqat üstələyir.

Fotonun müəllifi Disney/Lucasfilm
Image caption Filmlərdə qadınlar daha çox gənc personajlara aid rolları ifa edirlər.

Filmlərin qalan 18 faizində isə kişi və qadınlar aktyor ansamblında təxminən bərabər payla təmsil olunub.

Hesabatda qeyd olunub ki, rejissoru və ya ssenari müəllifi qadın olan filmlərdə aparıcı rolların 45 faizində qadınlar çıxış edib.

Rejissor və ya ssenarist kişi olduğu halda isə, belə filmlərdə baş rolların cəmi 20 faizi qadınlara etibar edilib.

Hesabatda eləcə də qeyd olunub ki, qadınların ifa etdikləri obrazlar kişilərin oynadığı rollarla müqayisədə, ümumilikdə, daha gənc olub.

Belə ki, kişi rollarının 31 faizi 30 yaşlarında və 27 faizi 40 yaşlarında olan obrazlara aid olubsa, qadınlarda rolların 27 faizi 20 yaşlarında və 25 faizi 30 yaşlarında olan personajlara aid olub.

Bu barədə daha geniş