Şimali İrlandiyada qardan gerçək heyvan boyda öküz fiquru düzəldilib

White snow bull Fotonun müəllifi Nadene Bailie

Qar bol yağanda, insanların qar adamı fiqurları düzəltmək, qartop oynamaq həvəsinə düşməsi məlumdur.

Bu həftə bütün Avropaya, o cümlədən, Britaniyaya da güclü qar yağıb.

Şimali İrlandiyanın Armagh qraflığında bir ailə qardan qar adamı yox, Charolais cinsli öküz fiqurunu, özü də ki, həmin heyvanın real ölçüsündə olan bir biçimdə düzəldib.

Qardan öküz fiqurunun hazırlanması 5 saat çəkib.

Fiqur Newtownhamilton şəhəri kənarında, Cavanakill Road adlı yolun yaxınlığında yerləşən fermada qurulub.

Amma heykəltaraşlıq işləri bitəndən bir qədər sonra qar öküz fiquru öz-özünə dağılmağa başlayıb.

Bailie ailəsi üzvlərindən biri, Nadene Bailie-nin sözlərinə görə, qardan düzəldilmiş öküz fiquru əsl heykəltəraşlıq nümunəsinə bənzəyirdi.

"Uşaqlar qar öküzün fotosunu çəkib və hətta onu İnternetdə hərraca da çıxarmağa yarızarafat olaraq cəhd göstəriblər", - Nadene Bailie deyib.

Bu barədə daha geniş