Trump Şimali Koreyaya gedir?

Şimali Koreya lideri Kim Jong-un, ABŞ prezidenti Donald Trump Fotonun müəllifi AFP

Şimali Koreya lideri Kim Jong-un ABŞ prezidenti Donald Trump-ı görüşə çağırıb, Trump da bu təklifi qəbul edib.

Gözlənilməz bəyanat Vaşinqtonda yüksək vəzifəli Cənubi Koreya rəsmiləri tərəfindən verilib. Şimali Koreya liderinin məktubunu onlar təqdim ediblər.

Onlar deyiblər ki, cənab Kim, həmçinin nüvə və raket sınaqlarını dayandırmağa razılıq verib və "nüvəsizləşdirməyə meyillidir".

İki ölkənin bir-birinə qarşı təhdid və zorakılıqlarından aylar sonra ortaya çıxan bu təklif ciddi irəliləyiş kimi görünür.

Fotonun müəllifi AFP
Image caption Kim Jong-un bu həftə Cənubi Koreya rəsmiləri ilə şam yeməyində görüşüb

Lakin təhlilçilər belə sürətlə danışıqlara nail olunmasına şübhə ilə yanaşaraq xəbərdarlıq edirlər ki, belə sammitlər, adətən, illər çəkən ehtiyatlı diplomatiyanın nəticəsidir.

Cənab Trump isə bu təklifi "böyük irəliləyiş" adlandırıb, amma onu da deyib ki, qəti razılaşma əldə edilənə qədər sanksiyalar yerində qalacaq.

Şimali Koreya bu barədə heç bir rəsmi şərh verməyib.

Şimali Koreya insan hüquqlarından sui-istifadəyə və nüvə silahına sahib olması, beynəlxalq qanunların pozulmasına görə onlilliklər boyu beynəlxalq aləmdən təcrid olunub.

Ölkə deyir ki, nüvə silahı və raketlər onların mövcudluğunun təhlükə altında olması səbəbilə gərəklidir. Şimali Koreya altı nüvə sınağı həyata keçirsə də, ölkənin şəhərlərarası nüvə hücumu həyata keçirə biləcəyi hələlik naməlumdur.

Fotonun müəllifi Getty Images

Şimali Koreya faktiki olaraq nəyə söz verib?

1. Cənab Kim ABŞ prezidentilə oturmağa hazırdır

2. Şimali Koreya "nüvəsizləşdirməyə meyillidir"

3. Şimali Koreya bütün nüvə və raket sınaqları dayandıracaq

4. Şimali Koreya başa düşür ki, ABŞ-Cənubi Koreya hərbi təlimləri "davam etdirilməlidir"

Vəzifədə olan heç bir ABŞ prezidenti Şimali Koreya lideri ilə görüşməyib, lakin Şimali Koreyanı "nüvəsizləşdirməyə" cəlb etmək cəhdləri olub.

Danışıqların sonuncu ciddi mərhələsi 2008-ci ildə Şimali Koreya müfəttişlərə nüvə proqramını bağlayıb-bağlamadığını yoxlamağa icazə vermədiyinə görə dayanmışdı.

Bu barədə daha geniş