Türkiyə Afrin şəhərini qiyamçı Suriya qüvvələri ilə "tam nəzarətə" götürdüyünü deyir

Free Syrian Army fighters marching near Afrin on 17 March 2018 Fotonun müəllifi Reuters
Image caption Azad Suriya Ordusunun silahlıları artıq bir neçə gündür ki, Afrini qismən mühasirəyə alıblar

Türkiyənin dəstəklədiyi qiyamçı Suriya qüvvələri Suriyalı kürd şəhəri Afrinin mərkəzini tam nəzarətə götürüb, Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyir.

"Afrin şəhərinin mərkəzi Türkiyə silahlı qüvvələrinin (TSQ) dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bölmələri tərəfindən bu səhər 08:30-dan etibarən tamamilə nəzarət altına alınıb", cənab Erdoğan deyib.

İki aylıq hərbi əməliyyatın məqsədi, Ankaranın terrorçu təşkilat saydığı suriyalı kürd Xalq Müdafiə Birliklərini (YPG) Türkiyə sərhədinin yaxınlığında yerləşən Afrin şəhərindən çıxarmaqdır.


Həmçinin oxuyun:


Xəbərlərə görə əməliyyat nəticəsində 150 mindən artıq dinc sakin Afrin rayonunu tərk etməyə məcbur olub.

Fəallar hərbi əməliyyatda dinc əhalidən 280 nəfərin öldüyünü deyirlər, lakin Türkiyə bu iddiaları təkzib edir.

Hazırda Türkiyənin dəstəklədiyi ASO bölmələri şəhərin küçələrində YPG silahlılarının axtarışındadır.

Prezident Erdoğan və Türkiyə silahlı qüvvələri şəhərdə minatəmizləmə əməliyyatının başlandığını bildiriblər.

Qiyamçı qüvvələrin şəhərə girişi gözləniləndən daha qısa müddətdə baş tutub, BBC-nin Türkiyə müxbiri Mark Lowen deyir.

O, bir çox YPG silahlılarının şəhəri dinc əhali ilə birlikdə dar bir dəhliz vasitəsilə tərk etdiyini əlavə edib.

Britaniyada yerləşən monitorinq qrupu İnsan Hüquqları üzrə Suriya Rəsədxanası son 2-3 gündə 200 mindən çox dinc əhalinin Afrini tərk etdiyini deyib.

Fotonun müəllifi AFP/Getty
Image caption Xəbərlərə görə əməliyyat nəticəsində 150 mindən artıq dinc sakin Afrin rayonunu tərk etməyə məcbur olub

Türkiyə Afrini niyə ələ keçirib?

Türkiyənin Zeytun Budağı adlı Afrin hərbi əməliyyatı yanvarın 20-də, YPG-ni şəhərdən çıxarmaq məqsədilə başlanıb.

Türkiyə hesab edir ki, YPG Türkiyənin cənub-şərqində muxtariyyət əldə etmək üçün 30-ildən çox silahlı mübarizə aparan separatçı Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qoludur.

YPG PKK ilə bilavasitə əlaqəsi olmadığını iddia edir. ABŞ isə Suriyada özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizədə YPG ilə müttəfiqlik edir və YPG-nin bu iddiasını dəstəkləyir.

Bu barədə daha geniş