Suriya müharibəsi: Türkiyənin dəstəklədiyi üsyançılar Afrini talayır

A Turkish-backed Syrian rebel fighter tows looted items in the Syrian city of Afrin (18 March 2018) Fotonun müəllifi AFP
Image caption AFP xəbər agentliyindən jurnalistləri deyiblər ki, üsyançılar taladıqları əşyaları şəhərdən çıxarıblar.

Suriyanın şimalında yerləşən Afrin şəhərini kürd hərbçilərdən bazar günü alan Türkiyənin dəstəklədiyi suriyalı qiyamçılar mülkləri talayırlar, məlumatlarda deyilir.

Birləşmiş Krallıqda yerləşən bir monitorinq qrupu, dükanlar, hərbi və hökumət binalarının qarət olunduğunu bildirib.

Qiyamçıların liderlərindən biri talana görə "oğruları" günahlandırıb və gələcək oxşar halların baş verməməsi üçün bir hissə təşkil olunduğunu bildirib.

Daha sonra isə Türkiyə prezidenti hərbi kampaniyasını sərhəddə yerləşən və kürdlərin nəzarətində olan şərq ərazilərində davam etdirəcəyini bəyan edib.

"Hərbi əməliyyat Mənbic, Ayin əl-Ərəb, Təl Əbyad, Ras əl-Ayin, Qamışlı boyunca terror dəhlizi təmizlənənə qədər davam edəcək," Recep Tayyip Erdoğan Ankarada çıxışı zamanı deyib.

Türkiyə, Xalq Qoruma Birliklərini (YPG) ölkədə otuz il Kürd muxtariyyəti uğrunda mübarizə aparan qadağan olunmuş Kürd İşçiləri Partiyasının (PKK) bir davamçısı kimi görür və terrorçu qrup hesab edir. YPG isə PKK ilə birbaşa hərbi və ya siyasi əlaqələri iddialarını rədd edir.

Suriyalı qiyamçılar deyiblər ki, onlar bazar günü Afrinin mərkəzinə daxil olarkən cüzi müqavimətlə qarşılaşıblar. YPG döyüşçülərinin əksəriyyətinin keçən həftə 220 min mülkini şəhərdən çıxardığı güman edilir.

Şəkillərdə əsgərlərin Türkiyə bayrağını binadan asdığı və qiyamçıların kürd qəhrəmanı Kava Həddadın heykəlini aşırdığı görünür.

AFP xəbər agentliyi jurnalistləri Afrində üsyançıların dükanlar, restoranlar və evlərə daxil olaraq oranı qida, elektron əşyalar, yorğanlar və başqa məhsullarla tərk etdiklərini görüblər. Sonra isə həmin məhsulları şəhərdən çıxarıblar.

Britaniyada mənzillənən və Suriyada yerləşən mənbələrdən gələn məlumatlar əsasında münaqişəni izləyən Suriyada İnsan Haqları üzrə Müşahidəçi (SOHR) təşkilatından bildirilib ki, qiyamçılar "şəxsi mülklər, siyası və hərbi bazalar və dükanları talayıblar".

Fotonun müəllifi AFP
Image caption Qiyamçıların məşhur liderlərindən biri günahkarların cəzalandırılacağını bildirib

Suriya müxalifət üzvləri talanı qınayıblar.

"Kava Həddadın heykəlinin aşırılması... və dükan və evlərin qarət olunması mənəvi cəhətdən acınacaqlıdır," - Türkiyənin hücumları başladıqdan sonra, müxalif Milli Koalisiyadan istefa verən Abdul Basset Sida deyib.

Qiyamçı komandir Moataz Raslan Associated Press-ə mülkləri qorumaq və gələcək bənzəri halların qarşısını almaq üçün bir hissə təşkil olunduğunu söyləyib.

Türkiyənin növbəti addımı nə olacaq?

"Türkiyənin qələbə günü", "Afrində Tarix Yazdıq", "Qürur Günü" - Türkiyənin iki ay davam edən hücumlarından sonra, hakimiyyət yönlü media bu şovinistik başlıqlardan istifadə edib.

Bəs indi Türkiyə, təxminən 100 km şərqdə yerləşən Mənbicə tərəf hərəkət edəcəkmi? Türkiyə prezidenti Recep Tayyip Erdoğan xəbərdarlıq edib ki, növbədə budur. Amma çox güman ki, bu, Washington-a təzyiq edərək Mənbicdə Ankara ilə əməkdaşlığa şövq etmək və YPG-ni aradan qaldırmaq üçün bir cəhddir.

Fotonun müəllifi AFP
Image caption Kürd liderləri "Afrini hər qarışı azad olana qədər" mübarizənin davam edəcəyini deyiblər

Türkiyə keçən həftə belə sövdələşmə təklifi etsə də, ABŞ razılıq əldə olunmadığını deyib.

Qaçqınları Afrinə problemsiz geri qaytarmaq barəsində Türkiyəyə təzyiq olunacaq. Bəzi kürdlər Türkiyənin onları ərəb və türkmənlərlə əvəzləyərək demoqrafik dəyişiklik edəcəyindən qorxurlar. Ankara təkzib etsə də, kürdlərin əksəriyyəti ərəb və türklərlə bir yerdə yaşamağı xoş qarşılamaya bilər.

Bu arada Türkiyənin Anadolu dövlət xəbər agentliyi Afrində dörd mərtəbəli binada partlayan bomba nəticəsində yeddi mülkinin və dörd qiyamçının öldüyünü bildirib.

SOHR-dan bu barədə təsdiq gəlməsə də, bazar günündən bu yana kiçik partlayışlar nəticəsində ən az 13 qiyamçının ölməsi və 25-nin yaralanması xəbərini yayıb.

Fotonun müəllifi AFP
Image caption Keçən iki ay ərzində Afrindən 220 min mülkinin qaçdığı zənn edilir

Kürd rəsmiləri bazar günü Türkiyənin rəhbərlik etdiyi qüvvələr üçün Afrin "əbədi kabusa çevriləcəyini" deyiblər və şəhəri yenidən ələ keçirəcəklərinə söz veriblər.

Bu arada Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, heyətinin Afrinə girməsi üçün imkan yaradılması çağırışı edib.

BMT bazar günü Afrin regionunda hələ 100 min nəfərin yaşadığını hesabatını təqdim edib. Noyabrda isə əhalinin sayı 320 min idi. Onlardan 98 min nəfəri Suriya hökumətinin idarə etdiyi qonşu ərazilərdən köçkün düşənlər kimi qeydə alınıb.

SOHR-a görə, 43-ü uşaq olmaqla azı 289 mülki Afrin uğrunda döyüşdə həyatını itirib. Lakin Türkiyə ordusu mülkiləri hədəf almadığını iddia edir.

Onlar 3600-dan çox "terrorçunun zərərsizləşdirildiyini" deyirlər. Bu ifadə adətən təslim olan, tutulan və ya öldürülənləri təsvir etmək üçün istifadə edilir. YPG isə yüzlərlə suriyalı qiyamçı və türk əsgərini öldürdüyünü iddia edir.

Bu barədə daha geniş