İsrail-Fələstin: Etiraz aksiyasından əvvəl fələstinli öldürülüb

Fələstinlilər etiraz aksiyası keçirməyə hazırlaşırlar Fotonun müəllifi AFP
Image caption Fələstinlilər etiraz aksiyası keçirməyə hazırlaşırlar

Qəzzanın cənubundakı Xan Yunis şəhərində İsrail tankından açılan atəş nəticəsində fələstinli fermer həlak olub, Fələstin rəsmiləri bildirir.

Bu hadisə fələstinlilərin cümə günü qeyd etdiyi Torpaq Günü ilə bağlı nümayişdən əvvəl baş verib.

İsrail hərbiyyəsi bildirir ki, atəş təhlükəsizlik hasarı yaxınlığında şübhə doğuran hərəkətlərdən sonra açılıb.

Torpaq Günü 1976-cı ildə İsrail qüvvələri tərəfindən ərazilərin müsadirəsi vaxtı altı fələstinlinin qətlindən sonra qeyd olunur.

Cümə günü fələstinlilər Böyük Qayıdış Yürüşü adlı etiraz aksiyası keçirir.

Fələstin mənbələrinə əsasən Qəzzanın şimalında da bir neçə fələstinli israilli hərbçilərinin açdığı atəşdən sonra xəsarət alıb.

İsrail hərbiyyəsi təhlükəsizlik səbəblərinə görə, Qəzzadakı sərhəd zonasına girişi bağlayıb.

Fotonun müəllifi Reuters
Image caption Öldürülən fələstinlinin qohumları

Təhlükəsizlik xəbərdarlığında fələstinlilərdən hasara yaxınlaşmamaq tələb olunur.

Qəzzada aparıcı qüvvə olan Həmas qrupuna əsasən fermerin qətli ilə İsrail fələstinliləri təhdid edib, etirazların qarşısını almaq istəyir.

İsaril bildirib ki, etiraz keçirmək aksiyasi "İsraillə qarşıdurma yaratmaq cəhdidir" və onunla bağlı hər hansı hadisəyə görə məsuliyyət Həmas qrupunun üzərinə düşür.

Bu barədə daha geniş