Çində itmiş qız 24 illik axtarışdan sonra ailəsinə qovuşub

Kang Ying and her mother Liu Dengying hug after being reunited Fotonun müəllifi Thecover.cn
Image caption 27 yaşlı Kang Ying anasına çərşənbə axşamı qovuşub.

Çində qızını uzun illərdi ki, axtaran ata 24 illik səylərdən sonra övladını tapa bilib.

Həmin müddət ərzində qızını tapmaq ümidi ilə yaşayan Wang Mingqing Çenqdu şəhərində taksi sürücüsü kimi işə düzəlib ki, bəlkə günlərin bir günü qızına rast gələr.

Onun qızı bu ilin əvvəlində atası barədə statusa sosial şəbəkədə rast gəlib.

Qız ailəsinə çərşənbə axşamı günü nəhayət qovuşa bilib.

Uzun ayrılıqdan sonra ailənin öz övladı ilə göz yaşı içində görüşü hadisə şahidlərini kövrəldib.

Wang Mingqing qızını qucaqlayaraq deyib: "Atan səni çox istəyir."

Bu əhvalat bütün ölkənin diqqətini özünə çəkib.

Wang Mingqing-in qızı Qifeng yerli mediaya bildirib ki, 3 yaşında olarkən itib.

Wang Mingqing arvadı Liu Dengying ilə yol qırağında meyvə satışı ilə məşğul olublar.

Günlərin bir günü işlərini bitirən ata-ana görür ki, qızları yoxa çıxıb.

Fotonun müəllifi CFP
Image caption Uzun illər ərzində Wang Mingqing camaata itmiş qızı barədə məlumat vərəqələri paylayıb.

Bundan sonra onlar uzun illər ərzində itmiş qızlarını axtarır - qəzetlərə elanlar verir, internetdə müraciətlər yerləşdiriblər.

Qifeng-in nə vaxtsa tapılacağı ümidi ilə yaşayan və bu səbəbdən Çenqdunu heç zaman tərk etməyən ailənin daha bir qızı olur.

2015-ci ildə Wang Mingqing axtarış dairəsini genişləndirmək üçün taksi şirkətinə sürücü kimi işə düzəlir.

O, avtomobilinin arxa şüşəsinə Qifeng barədə məlumat lövhəsi asır, maşınına oturan sərnişinlərə qızı barədə məlumat kartları paylayır.

Fotonun müəllifi Thecover.cn
Image caption Validetinləri ilə görüşmək üçün Kang Ying uşaqları və əri ilə Chenqdu şəhərinə gəlib.
Fotonun müəllifi Thecover.cn
Image caption Bu əhvalatdan təsirlənən hadisə iştirakçıları Kang Ying-ə gül dəstələri hədiyyə edib.

Nəhayət ötən il polis xidmətinin rəssamı qızını axtaran ataya kömək etmək qərarına gələrək Qifengin güman edilən hazırki görünüşünü təsvir edən bir portret çəkir və həmin sosial şəbəkələrdə paylaşılır.

Ölkənin o biri tayında, Çenqdudan minlərlə kilometr uzaqda yaşayan Kang Ying adlı gənc qadın həmin şəklin ona necə oxşadığndan heyrətə gəlir.

Fotonun müəllifi CFP
Image caption İtmiş qızını axtaran ata barədə məlumatı eşidən Kang Ying ilk əvvəl öz fotosunu Wang Mingqing-ə və onun arvadına göndərib.

Bu ilin əvvəlində Kang Ying Wang Mingqing ilə əlaqə saxlayandan sonra tez bir zamanda DNT testi keçirilib.

DNT testinin nəticəsi müsbət çıxıb - məlum olub ki, Kang Ying Wang Mingqing-in qızıdır.

Bu bazar ertəsi qız atası ilə ilk dəfə olaraq telefon vasitəsilə danışıb.

Çərşənbə axşamı isə ölkənin şimalında, Cinin bölgəsində yaşayan Kang Ying əri və qızı ilə birgə Çenqdu şəhərinə ata-anasını və bacısını görməyə gəlib.

Fotonun müəllifi Thecover.cn
Image caption Kang Ying-ın kiçik bacısı böyük bacısının qızını qucağına alıb.

Kang Ying anası Liu Dengyeng ilə qucaqlaşıb digər ailə üzvləri tərəfindən əhatəyə alındıqdan sonra jurnalistlərə deyib: "Bütün ailəm mənə deyirdi ki, anan yoxdur - lakin mənim anam var!" - thecover.cn vebsaytı xəbər verib.

"24 il ərzində necə əzab, məyusluq və ağrı çəkdiyimizi, nələr yaşadığımızı təsvir etmək çətindir. Nəhayət ki, qızımıza qovuşduq", - Wang Mingqing Beijing Youth Daily qəzetinə bildirib.

Çin mediasının yazdığına görə, Kang Ying Çenqdunun yaxınlığında, təxminən 20 km məsafədə yerləşən şəhərcikdə böyüyüb başa çatıbmış.

Fotonun müəllifi Thecover.cn
Image caption İtmiş qızını yenidən tapan ailənin kollektiv fotosu.

Bu barədə daha geniş