Trump:"Prezident Putin və İran buna görə məsuliyyət daşıyır"

Suriya Fotonun müəllifi Getty Images
Image caption Foto.Arxiv

ABŞ prezidenti Donald Trump Suriyada kimyəvi silahla hücuma görə İran və Rusiyanı günahlandırıb. O deyib ki, buna görə "böyük əvəz ödəniləcək".

Tibbi mənbələr bildiriblər ki, Suriyanın üsyançıların əlində olan Duma şəhərində baş verən hücumda onlarla adam ölüb.

Bu gün BMT-nin bunu müzakirə edəcəyi gözlənir.

Suriya və Rusiya kimyəvi silahla hücum ittihamını rədd edir.

Şənbə hücumu barədə nə bilirik?

Hücumun ötən şənbə baş verdiyi bildirilir.

Xilasedici tərəfindən lentə alaraq yayılan bir videoda bir neçə kişi, qadın və uşağın bir evdə hərəkətsiz uzandığı və ağızlarında köpük gəldiyi görünür.

Digər görüntülərdə tibbi sahədə müayinə edilən uşaqlar qışqırırlar.

Bununla belə, həqiqətən nə baş verdiyi, nə qədər adam öldüyü məlum deyil.

Müstəqil tibbi təşkilat olan "The Union of Medical Care and Relief Organizations" BBC-yə bildirib ki, 70 adamın öldüyü təsdiqlənib.

ABŞ-ın dəstəklədiyi Suriya Amerika Tibb Cəmiyyəti isə "kimyəvi maddənin təsirinə məruz qalan" 48 adamın öldüyünü açıqlayıb.

Dumada fövqəladə hallar xidmətindən 500-dən çox adamın belə simptomlarla tibbi mərkəzlərə müraciət etdiyi bildirilir.

BBC-nin diplomatiya məsələləri üzrə müxbiri James Landale-in şərhi

Üsyançıların nəzarətində olan Duma anklavına kimyəvi hücumların edilməsi haqqında xəbərlər çətin suallar doğurur.

Mülki insanlar - orda olan ailələr və uşaqlar onlara qarşı törədilən terrora, qan tökülməsinə və qeyri-insani vəziyyətə qarşı tab gətirməyə davam edə bilirlərmi?

Üsyançı döyüşçülərə, onların mübarizələri və davam edən müqaviməti onların və mülki insanların Suriya höküməti tərəfindən ödəməyə məcbur edildiyi "qiymətə" hələ də dəyirmi?

Rusiya özünün Britaniyada sinir sisteminə zərər vura bilən maddənin əyani istifadə etdiyinə görə qlobal miqyasda qınandığı dövrdə öz müttəfiqlərinin kimyəvi silahlardan əyani istifadə etməsinin müdafiəsinə nə qədər hazırdır?

Beynəlxalq ictimaiyyət Khan Sheikhounda törədilmiş kimyəvi hücumun üzərindən bir il keçdiyi dövrdə testlərin hücumun açıq-aşkar kimyəvi hücum olmasını sübut etməsindən sonra necə reaksiya verəcək?

Əsədin kimyəvi silahlardan istifadəsinin qarşısını almaq üçün qınama mərasimi hərbi əməliyyatlarla dəstəklənəcəkmi? Yoxsa Qərb hər hansı bir gərginliyin bir çoxlarının sonlanmasını istədiyi münaqişənin uzana biləcəyinə inanacaqmi?

Donald Trump-dan sərt reaksiya

ABŞ prezidenti Donald Trump Twitter hesabında hadisəyə sərt reaksiya verib. O yazıb: "Heyvan Assad-i dəstəkləyən prezident Putin, Rusiya və İran buna məsuliyyət daşıyır. Bunun böyük cavabı olacaq".

Amerika yenidən hücum edə bilərmi sualının cavabında ABŞ-ın daxili təhlükəsizlik və əks-terror məsələləri üzrə müşaviri Tomas Bossert ABC telekanalına deyib: "Mən masa üzərində heç bir variantı istisna etməzdim".

Fransa prezidenti Emmanuel Macron da hücumla bağlı Suriyadakı hökuməti hədələyib.

Rusiya kimyəvi hücumla bağlı ittihamları rədd edir. Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Suriyaya hərbi müdaxilə üçün belə bir "plan düşünülüb".

Bu barədə daha geniş