Seçki Müşahidə Missiyasının rəhbəri: "Bizim məqsədimiz seçkiləri düzgün müşahidə etmək idi”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Seçki Müşahidə Missiyasının rəhbəri: "Məqsədimiz seçkiləri düzgün müşahidə etmək idi”

Seçki Müşahidə Missiyası seçkinin effektiv təşkil edildiyini, seçki öncəsi hakimiyyət orqanlarının müşahidəçilərlə açıq oluğunu, lakin seçki günü problemlər yaşandığını bildirib.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, seçki öncəsi ölkə mediasında plüralizm olmayıb.

ATƏT-in Seçki Müşahidə Missiyası 11 aprel növbədənkənar prezident seçkiləri haqda ilkin hesabatını açıqlayandan sonra Seçki Müşahidə Missiyasının rəhbəri Coriean Jonker BBC Azərbaycancaya müsahibə verbib.

Aprelin 12-də ilkin hesabat açıqlanan zaman zalda olan bəzi jurnalistlər mətbuat konfransında qarışıqlıq yaradıb, müşahidəçiləri qərəzli olmaqda ittiham ediblər.

ATƏT-in Seçki Müşahidə Missiyası və digər beynəlxalq müşahidəçilər çərşənbə günü 11 aprel seçkisi ilə bağlı rəyini açıqlayıb. Hesabatda Azərbaycanda prezident seçkisinin "həqiqi rəqabətin olmadığı şəraitdə” keçirilməsi qeyd olunub.

Missiya bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə" baş tutub.